Junior mütəxəssis

  • Истекает 1 март 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Epoint Inc. – kiçik və orta bizneslər üçün yaradılmış onlayn ödəniş və e-ticarət platformasıdır. Texniki biliklərə və əlavə resurslara ehtiyac olmadan kartla ödənişləri qəbul etmək indi daha sadə və əlçatan oldu. ABŞ (Delaware) və Azərbaycan (Bakı) ofislərimiz vasitəsilə qlobal həlləri yerli bizneslərə təqdim edirik. Şirkətimizin gündəlik ofis fəaliyyəti və proseslərinin daha səmərəli idarə olunması üçün komandamıza yeni istəyən junior mütəxəssislər axtarırıq.

Vəzifə öhdəlikləri

  • Müştərilərdən daxil olan support sorğularının (ticket) qəbul edilməsi
  • Sadə texniki və əməliyyat problemlərinin araşdırılması
  • Tranzaksiya, balans, POS və ödəniş problemlərinin ilkin analizi
  • Log və sistem məlumatlarının yoxlanılması
  • Çətin halların support komandaya eskalasiya edilməsi
  • Müştərilərlə yazılı və şifahi ünsiyyətin qurulması
  • Daxili qayda və prosedurlara uyğun, növbəli iş rejimində (axşam və gecə saatları da daxil olmaqla) işləmək

Tələblər

  • Texniki mövzulara maraq və öyrənmə istəyi
  • Əsas kompüter və internet anlayışı
  • Məsuliyyətli və öyrənməyə açıq olmaq
  • Php , Laravel , MySql ilkin bilikler
  • Azərbaycan dili – sərbəst
  • İngilis dili – texniki mətnləri oxuya biləcək səviyyədə

Üstünlükdür

  • Rus dili
  • Fintech, bank və ya support sahəsində ilkin təcrübə
  • REST API, HTTP status code-lar haqqında baza anlayış
  • Ticket sistemləri ilə tanışlıq
  • SQL və ya log anlayışı

Biz nə təklif edirik

  • Junior və ya intern səviyyədə real texniki təcrübə
  • Mentor dəstəyi və öyrədici mühit
  • Karyera artımı (Junior → Middle Support / Product / Tech)
  • Stabil maaş və inkişaf perspektivi

Namizədlərdən CV-lərini Müraciət Et düyməsində göstərilən e-mailə göndərmələri və məktubun mövzu hissəsində “Junior mütəxəssis” qeyd etmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət ediləcək və əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.

  • Daily2
  • Weekly535
  • Monthly542