Filial Rəhbəri (Şəmkir rayonu)

  • Истекает 30 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şəmkir filialının bütün əməliyyat, satış və kommersiya fəaliyyətinə rəhbərlik edərək, şirkətin bazar payını artırmaq və davamlı inkişafı təmin etmək.

İş yeri: Şəmkir rayonu

İş qrafiki: Tam ştat

Əsas vəzifələr:

  • Filialın ümumi idarə olunması və strateji planlamanın həyata keçirilməsi
  • Satış hədəflərinin formalaşdırılması və icrasına nəzarət
  • Regional bazarın inkişafı və yeni müştərilərin cəlb olunması
  • Komandanın qurulması, inkişafı və performansının idarə edilməsi
  • Anbar, logistika və məhsul dövriyyəsinə tam nəzarət
  • Maliyyə nəticələrinin (gəlir, xərc, marja) izlənməsi və optimallaşdırılması
  • Yerli bazarın təhlili və rəqiblərlə müqayisəli strategiyanın qurulması
  • Rəhbərliyə müntəzəm analitik hesabatların təqdim olunması

Tələblər:

  • Qida sektorunda ciddi iş təcrübəsi mütləqdir
  • Rəhbər vəzifədə minimum 3-5 il iş təcrübəsi
  • Satış və distribusiya sahəsində güclü bilik və praktiki təcrübə
  • Bölgə idarəetməsi və bazar inkişafı üzrə təcrübə
  • Güclü liderlik, komanda quruculuğu və motivasiya bacarıqları
  • Analitik düşüncə və nəticəyönümlü qərarvermə qabiliyyəti
  • Şəmkir və ətraf region bazarını yaxşı tanımaq üstünlükdür

Şəxsi keyfiyyətlər:

  • Yüksək məsuliyyət və təşəbbüskarlıq
  • Nəticəyə fokuslanma və biznes yanaşması
  • Güclü ünsiyyət və danışıqlar aparma bacarığı
  • Stress altında effektiv işləmə bacarığı

Təklif edirik:

  • Əmək haqqı: 2000 – 3000 AZN 
  • Geniş səlahiyyət və qərarvermə imkanları
  • Uzunmüddətli karyera və inkişaf perspektivi
  • Dinamik və böyüyən şirkətdə rəhbər mövqe

CV-nizi mövzu hissəsində “Şəmkir – Filial Rəhbəri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.

  • Daily122
  • Weekly297
  • Monthly122