İş şəraiti:
- İş rejimi: Tam ştat
- Başlama tarixi: Ən qısa zamanda
- Müraciət üçün son tarix: yoxdur
Vəzifə Öhdəlikləri:
- Dəriyə qulluq və estetik prosedurların icrası (təmizləmə, pilinq, maskalar və s.)
- Aparat kosmetologiyası üzrə xidmətlərin göstərilməsi (ultrasəs, RF lifting, lazer prosedurları və s.)
- Müştərinin dəri tipini analiz edərək ona uyğun qulluq planı hazırlamaq
- Prosedurlardan əvvəl və sonra müştərini maarifləndirmək və düzgün məhsulları tövsiyə etmək
- Müştəri məlumatlarının düzgün şəkildə qeydiyyatı və təqibi
- Təhlükəsizlik və gigiyena qaydalarına riayət etmək
- Estetik nəticələrin keyfiyyətinə cavabdeh olmaq və müştəri məmnuniyyətini təmin etmək
Tələblər:
- Kosmetologiya sahəsində ixtisas və ya təlim sertifikatı
- Minimum 1 il iş təcrübəsi (aparat və ya tibbi kosmetologiyada təcrübəsi olanlara üstünlük verilir)
- Gigiyenik qaydalara ciddi şəkildə əməl etmək
- Gülərüz, nəzakətli və pasiyent yönümlü yanaşma
- Azərbaycan dilində sərbəst danışmaq (Rus və/və ya İngilis dili bilikləri üstünlükdür)
- Komandada işləmək və daim özünü inkişaf etdirmək istəyi
Təklif etdiklərimiz:
- Rəqabətqabiliyyətli əmək haqqı
- Müasir avadanlıqlarla təchiz olunmuş iş mühiti
- Daimi təlim və inkişaf imkanları
- Stabil və dəstəkləyici komanda
- Gözəl və rahat iş şəraiti
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.