İş yeri: Bakı şəhəri, Estemol Baku MMC
İş rejimi: Tam ştat
Vəzifə Haqqında:
Klinikamızda kosmetoloq köməkçisi vəzifəsi üzrə əməkdaş axtarırıq. Bu vəzifə üzrə işə qəbul ediləcək şəxs kosmetoloqun gündəlik prosedurlarında ona dəstək olacaq və işə başlamazdan öncə “Kosmetoloji prosedurlar” üzrə ilkin təlim proqramından keçəcəkdir.
Kosmetologiya sahəsində karyera qurmaq istəyən, tibbi təhsili və öyrənməyə həvəsi olan namizədləri komandamıza dəvət edirik.
Vəzifə Öhdəlikləri:
- Kosmetoloqun işində gündəlik kömək etmək
- Prosedur üçün avadanlıq və materialların hazırlanması
- Müştəri qarşılaması və prosedura hazırlıq
- Təmizlik, gigiyena və sterilizasiya qaydalarına nəzarət
- Pasiyent məlumatlarının qeydiyyatına dəstək
- Təlimlərdə aktiv iştirak və əldə edilən biliklərin gündəlik praktikaya tətbiqi
Tələblər:
- Tibb kollecində və ya tibb yönümlü orta ixtisas təhsil müəssisəsində təhsil almış və ya bitirmiş şəxslərə üstünlük verilir
- Tibb bacısı kimi iş təcrübəsi əlavə üstünlükdür
- Kosmetologiya sahəsində işləməyə maraq və öyrənmək istəyi
- Səliqəli, məsuliyyətli və diqqətli olmaq
- Gigiyena və etik qaydalara riayət
- Azərbaycan dilində sərbəst danışıq (Rus dili bilikləri üstünlükdür)
Biz Təklif Edirik:
- İlkin olaraq “Kosmetoloji prosedurlar” üzrə tam ödənişsiz təlim proqramı
- Rəqabətqabiliyyətli əmək haqqı və performansa əsaslanan bonuslar
- Təcrübəli kosmetoloqlarla işləmək imkanı
- Müasir və təhlükəsiz iş mühiti
- Peşəkar inkişaf və karyera qurmaq imkanı
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.