İş şəraiti:
- İş yeri: Bakı
- İş rejimi: Tam ştat
- Başlama tarixi: Ən qısa zamanda
Vəzifə Haqqında:
Klinikamızda həm idarəetmə bacarığına malik, həm də kosmetologiya sahəsinə maraq göstərən təşəbbüskar bir Supervisor axtarırıq. Bu vəzifə həm komanda rəhbərliyini, həm də estetik xidmətlərin təşkilində fəal rol almanı özündə birləşdirir. Namizədlərə kosmetologiya sahəsində inkişaf etmək və biliklərini artırmaq üçün daxili təlim və öyrənmə imkanı yaradılacaq.
Əsas Vəzifə Öhdəlikləri:
- Klinikanın gündəlik fəaliyyətinə nəzarət və ümumi idarəetmə
- Resepşn, kosmetoloq və digər texniki heyətin fəaliyyətinin koordinasiyası
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyətinin təmin edilməsi
- İş qrafiklərinin tərtibi və daxili intizamın qorunması
- Müştəri şikayətlərinə etik və peşəkar yanaşma
- Estetik və kosmetoloji xidmətlərin təşkili və keyfiyyətinə nəzarət
- Kosmetologiya sahəsində öyrənməyə açıq olmaq və təlimlərdə iştirak etmək
- Rəhbərliyə müntəzəm hesabatların təqdim olunması
Tələblər:
- Ali təhsil (idarəetmə, tibb, estetika və ya əlaqəli sahələr üzrə)
- Minimum 1-2 il idarəetmə təcrübəsi (xidmət və ya estetik sahədə üstünlükdür)
- Kosmetologiya və gözəllik sahəsinə maraq və inkişaf istəyi
- Liderlik və komanda motivasiyası bacarıqları
- Yüksək təşkilatçılıq və problem həll etmə qabiliyyəti
- Azərbaycan dilində səlis danışıq (Rus dili üstünlükdür)
- MS Office proqramlarında işləmə bacarığı
Təklif etdiklərimiz:
- Rəqabətqabiliyyətli əmək haqqı və bonus sistemi
- Kosmetologiya sahəsində öyrənmə və inkişaf imkanları
- Müasir və peşəkar iş mühiti
- Dəstəkləyici və gənc komanda
- Öz bacarıqlarını tətbiq etmək və real dəyər yaratmaq üçün ideal mühit
Müraciət Qaydası:
Zəhmət olmasa CV-nizi, qısa müraciət məktubunuzu və varsa təlim və ya rəhbərlik üzrə sənədlərinizi Müraciət Et düyməsində qeyd olunan mail vasitəsilə göndərin. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.