İş yeri: “Estemol Baku” MMC, Bakı, Azərbaycan
İş rejimi: Tam ştat
Başlama tarixi: “Ən qısa zamanda”
Vəzifə Öhdəlikləri:
- Klinikaya gələn qonaqları və pasiyentləri qarşılayıb istiqamətləndirmək
- Telefon zənglərini cavablandırmaq, məlumat vermək və zəruri hallarda yönləndirmək
- Pasiyent qeydiyyatlarını aparmaq və gündəlik görüş cədvəllərini idarə etmək
- Nəğd və kartla edilən ödənişləri qəbul etmək və qeydiyyatını aparmaq
- Ofis sənədləri və hesabatların aparılmasında dəstək göstərmək
- Klinikada müştəri məmnuniyyətini yüksək səviyyədə təmin etmək
Tələblər:
- Ali və ya orta ixtisas təhsili
- Oxşar sahədə minimum 1 il iş təcrübəsi arzuolunandır
- Səlis və nəzakətli danışıq tərzi
- Azərbaycan dili mükəmməl, əlavə olaraq rus və/və ya ingilis dili arzuolunandır
- MS Office proqramları ilə işləmə bacarığı
- Gülərüz, məsuliyyətli və diqqətli yanaşma
- Müştəri məmnuniyyətinə fokuslanmış yanaşma
Təklif etdiklərimiz:
- Stabil əmək haqqı və bonus sistemi
- Gülərüz və dəstəkləyici kollektiv
- Rəvan və təhlükəsiz iş mühiti
- Peşəkar inkişaf imkanları
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.