Estet şirkəti 27 ildir Azərbaycanda və xarici bazarlarda IT, elektrik məhsulları və laboratoriya avadanlıqlarının satışı və montajı ilə məşğul olur. Şirkət, bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsidir.
Namizədin şəxsi keyfiyyətləri:
- Fikrini izah etmək qabiliyyəti;
- Ezamiyyə imkanları;
- Ünsiyyət yaratmaq bacarığı;
- İşə planlı yanaşması;
- Fəal olması və komandada işləmək bacarığı.
İş barədə məlumat:
- Texniki tapşırığa əsasən layihə sənədlərinin işləmək, razılaşdırılan elektrik layihələrini hazırlamaq və yoxlamaq;
- Layihə hazırlanması,layihə həyata keçirilən ərazilərə baxış keçirilmək və işlərin proseslərinin monitorinqini aparmaq;
- Transformator, elektron avadanlıqların texniki xidməti;
- Elektrik işlərinin normativ qaydalara müvafiq və düzgün aparılmasına nəzarət etmək;
- Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatlarin hazırlanmasını təmin etmək;
- Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunmasına nəzarət etmək;
- Elektrik təchizatı üzrə layihə və işçi sənədlərin işlənib hazırlanmasını təmin etmək;
- Aparılan elektrik quraşdırma işlərinə nəzarət etmək;
- Elektrik sistemlərinin tam gücü ilə və saz vəziyyətdə işləməsini təmin və nəzarət etmək;
- Sistemlərdə meydana gələn nasazlıqların aradan qaldırılması üçün sistemə vaxtında müdaxilə etmək;
- Elektrik avadanlıqlarına mütəmadı qaydada texniki baxışın və nəzarətin həyata keçirilməsi, sistemə uyğun qoruyucuların saz vəziyyətdə saxlanılması və daimi monitorinqini həyata keçirmək;
- Avadanlıqlara baxış, sınaq və profilaktik təmir işlərini təşkil etmək,
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avadanlıqların sınaqdan keçirilməsi və qurğuların yenidən qurulmasında iştirak etmək,
- Elektrik layihə sxemlərini oxumalı və tətbiq etməyi bacarmalı
- Autocad və ofis proqramlarını bilmə bacarığı
Elektrik mühəndisinin vəzifə öhdəlikləri:
Layihələndirmə və planlaşdırma:
- Elektrik sistemlərinin və şəbəkələrinin layihələndirilməsi.
- Texniki çertyojlar, sxemlər və hesabatların hazırlanması.
Quraşdırma və istismar:
- Elektrik avadanlıqlarının və qurğularının düzgün quraşdırılmasına nəzarət.
- Mövcud sistemlərin təmiri və texniki xidmətinin təşkili.
Təhlükəsizlik və normativlər:
- Elektrik təhlükəsizliyi qaydalarına və texniki normalara əməl olunmasına nəzarət.
- Sınaq və yoxlama işlərinin aparılması.
Koordinasiya və nəzarət:
- Texniki heyətin fəaliyyətinə rəhbərlik və nəzarət.
- İşin gedişatının vaxtında və keyfiyyətli aparılmasının təmin edilməsi.
Məlumatların təhlili və hesabat:
- Enerji sərfiyyatının təhlili və optimallaşdırılması.
- Gündəlik və aylıq hesabatların hazırlanması.
İş şəraiti:
- 5 günlük iş həftəsi
- Nahar fasiləsi: 13:00-14:00
- Nahar müəssisə tərəfindən təmin edilir
- Əmək haqqı: 1200-1500 AZN
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına Subject/Mövzu hissəsində “Elektrik Mühəndisi” qeyd etməklə göndərə bilərlər.