İsitmə, soyutma və havalandırma (HVAC) üzrə mühəndisin vəzifə öhdəlikləri
- Layihələndirmə və planlaşdırma
- Binaların isitmə, soyutma və havalandırma sistemlərinin layihələrinin hazırlanması
- İstilik və soyutma yükünün hesablanması (heat load calculation)
- Havalandırma sistemlərinin optimal sxemlərinin seçilməsi
- Avadanlıqların (çiller, fan-coil, AHU, VRF və s.) düzgün seçimi
- Texniki şərtlərə və standartlara uyğun layihələrin hazırlanması
Texniki nəzarət və quraşdırma
- HVAC sistemlərinin montaj işlərinə nəzarət
- Podratçıların iş keyfiyyətinin yoxlanılması
- Layihəyə uyğunluğun təmin edilməsi
- Quraşdırma zamanı texniki problemlərin operativ həlli
İstismara qəbul və sınaq
- Sistemlərin test və sazlama işlərinin (commissioning) aparılması
- Avadanlıqların iş qabiliyyətinin yoxlanılması
- Səmərəlilik və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi
Texniki xidmət və istismar
- Mövcud HVAC sistemlərinin fasiləsiz işləməsinə nəzarət
- Profilaktik baxış və texniki xidmət planlarının hazırlanması
- Nasazlıqların diaqnostikası və aradan qaldırılması
- Enerji səmərəliliyinin artırılması üçün tədbirlərin görülməsi
Sənədləşmə və hesabatlıq
- Texniki sənədlərin hazırlanması və yenilənməsi
- Görülən işlər üzrə hesabatların tərtibi
- İstismar təlimatlarının hazırlanması
Təhlükəsizlik və standartlara riayət
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması
- Yerli və beynəlxalq standartlara (ASHRAE, ISO və s.) uyğunluğun təmin edilməsi
Koordinasiya və kommunikasiya
- Digər mühəndislik sahələri ilə (elektrik, inşaat və s.) koordinasiya
- Müştəri və sifarişçilərlə texniki məsələlərin müzakirəsi
- Komanda ilə effektiv əməkdaşlıq
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşmə
- İş saatı: 09:00-dan 18:00-a qədər
- Həftədə 5 günlük iş rejimi
- Əmək haqqı: Razilasma yolu ilə
- Ünvan: Çapayev şuşa restoranının arxası
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində “İsitmə, soyutma və havalandırma üzrə mühəndis” qeyd etməklə göndərə bilərlər