İsitmə, Ventilyasiya, Kondisionerləşdirmə, Su təchizatı və Kanalizasiya (İVK SK) Sistemləri üzrə Layihəçi Mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

İsitmə, Ventilyasiya, Kondisionerləşdirmə, Su təchizatı və Kanalizasiya (İVK SK) Sistemləri üzrə Layihəçi Mühəndis

  • Истекает 25 апрель 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tələblər:

  • Mühəndislik, inşaat və ya əlaqədar sahələr üzrə ali texniki təhsil;
  • İVK, AYS, Su və Kanalizasiya sistemləri sahəsində ən azı 2 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (Word, Excel), AutoCAD, HAP, (REVIT BIM təcrübəsi üstünlükdür)
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı (Texniki Rus və İngilis dili üstünlükdür)
  • Komanda daxilində əməkdaşlıq etmə və müstəqil işləmə qabiliyyəti;
  • Tikinti və quraşdırma işlərinə texniki nəzarət etmək, həmçinin obyektlərə texniki baxış keçirmək təcrübəsi
  • Texniki sənədlərin hazırlanması (ITP, MOS, BOQ və s) və hesabatların tərtibi 
  • Mühəndis vəzifəsində iş təcrübəsi;

Əsas vəzifə və öhdəliklər:

  • Müxtəlif təyinatlı bina və qurğuların tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun İsitmə Ventilyasiya və Kondisionerləşdirmə sistemlərini işlərini layihələndirmək;
  • Layihələndirmə tapşırıqlarının yerinə yetirilməsi üçün kompüter vasitəsilə mühəndis və layihələşdirmə proqram paketindən istifadə etmək;
  • Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
  • Layihə-smeta sənədləri üzrə, podratçı təşkilatlardan rəylərin alınmasını təmin etmək, ekspertiza və podratçının iradları üzrə onun axıra qədər işləməsinə nəzarət və təsdiq etmək;
  • Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
  • Layihələrin müvafiq dövlət orqanları ilə razılaşdırlmasında iştirak etmək.

İş şəraiti:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşmə
  • İş saatı: 09:00-dan 18:00-a qədər
  • Həftədə 5 günlük iş rejimi
  • Əmək haqqı:Razılaşma yolu ilə
  • Ünvan: Çapayev Şuşa restoranının arxası

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində İsitmə, Ventilyasiya,Kondisionerləşdirmə, Su təchizatı və Kanalizasiya (İVK SK) Sistemləri üzrə Layihəçi Mühəndis qeyd etməklə göndərə bilərlər 

 

  • Daily2
  • Weekly146
  • Monthly1765