Estet şirkəti 28 ildir Azərbaycanda və xarici bazarlarda IT, elektrik, təhlükəsizlik sistemləri üzrə məhsulları və laboratoriya avadanlıqlarının satışı və montajı ilə məşğul olur. Şirkət, bir çox beynəlxalq brendin Azərbaycan və MDB ölkələri üzrə nümayəndəsidir.
Şirkət namizədləri Zəif axın işləri üzrə layihəçi mühəndis vakansiyası üzrə müracit etməyə çağırır.
İşin təsviri:
- Elektronika, elektrotexnika və ya müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili
- Zəif axın sistemləri üzrə ən azı 2 illik təcrübə
- Texniki çertyoj və sxemləri oxuma bacarığı
- Komandada işləmək və texniki problem həll etmə bacarığı
Vəzifə öhdəlikləri:
- CCTV, yangın siqnalizasiya sistemi, girişə nəzarət, siqnalizasiya, domofon, internet və telefon şəbəkələri üzrə montaj, sazlama və texniki xidmət işlərini icra etmək
- Layihə üzrə zəif axın sistemlərinin sxemlərinin və iş planlarının hazırlanması və oxunması
- Müvafiq sistemlərin proqramlaşdırılması və inteqrasiyasını həyata keçirmək (məsələn, CCTV + girişə nəzarət sistemi)
- Obyektdə quraşdırılmış avadanlıqların düzgün işləməsinə nəzarət etmək və sınaqdan keçirmək
- Texniki sənədlərin (çertyoj, sxem, hesabat və s.) hazırlanması və arxivləşdirilməsi
- Digər şöbələrlə və podratçılarla koordinasiyalı işləmək
- Autocad və ofis proqramlarını bilmə bacarığı
İş şəraiti
- 5 günlük iş rejimi, 9.00-18.00 arası
- Şirkət tərəfindən nahar yeməyi təmin olunur
- Əmək haqqı danışıq yolu ilə 800- 1000 Azn arası (namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunur).
Göstərilən nəticələrə uyğun olaraq əməkhaqqının artırılması mümkündür.
Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Zəif axın işləri üzrə layihəçi mühəndis qeyd etməklə göndərə bilərlər.