Zəif axın işləri üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Zəif axın işləri üzrə mühəndis

  • Deadline 15 August 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkət  namizədləri Zəif axın işləri üzrə mühəndis vakansiyası üzrə müracit etməyə çağırır. 

İşin təsviri:

  • İş təcrübəsi: Müvafiq sahə üzrə 2 il 
  • Dil bilikləri: Azərbaycan dili (yazılı və şifahi sərbəst ünsiyyət), Rus dili və digər dillər əlavə üstünlük hesab olunur;
  • Kompüter bilikləri: MS Office, AutoCAD, Archicad;
  • Şəbəkə ilə bağlı biliklərin olması –Switching, IP Addressing;
  • Binalarda və tikililərdə zəif axın şəbəkə sistemlərinin layihələndirilməsi sahəsində normativ baza və standartlar üzrə bilik;
  • Rəqəmsal və analoq video müşahidə sistemləri ilə işləmə təcrübəsi;
  • Şəbəkə dolabı (rack cabin) yığılması üzrə təcrübə;

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, ehtiyac və hədəflərə uyğun olaraq, zəif-axın sistemlərinin uyğunluğu barədə rəhbərliyə hesabat təqdim etmək;
  • Layihələndirilən cizgilərin zəif-axın sistemləri bölmələrini estetik, texniki tələblərə və  ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək;
  • Layihələrin Azərbaycan Respublikası qanunvericiliyinin,  şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcədə əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək; 
  • Zəif-axın sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
  • Layihələndirmə prosesinə daxil olan tərəflərlə yaxın əməkdaşlıq etmək;
  • Layihələndirmə müddətlərinin zəif-axın hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin  layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
  • Layihəçi şirkətlər tərəfindən tamamlanmış zəif-axın sistemləri üzrə layihə sənədlərinin dövlət strukturları tərəfindən tam şəkildə təsdiq edilməsini  və təsdiqlənmiş işçi layihə paketinin tikinti üçün müvafiq qaydada təqdim edilməsini təmin etmək;
  • Layihələrin zəif-axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təqdim etmək;
  • Tikintinin zəif-axın sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
  • Tələb edildiyi halda layihənin bütün mərhələlərində zəif-axın sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
  • Layihə zəif-axın sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
  • Layihələrin Zəif axın sistemləri hissəsinin bütünlükdə koordinasiya edilməsi və statusu 
  • Layihə cizgilərinə uyğun olaraq zəif axın sistemlərinin təhlil edilməsi;
  • Zəif axın sistemlərinin keyfiyyətinin yoxlanılması üçün sahə baxışlarının keçirilməsi;

İş şəraiti

  • 5 günlük iş rejimi, 9.00-18.00 arası
  • Şirkət tərəfindən nahar verilir
  • Əmək haqqı danışıq yolu ilə

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV - lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına Subject/Mövzu hissəsində Zəif axın işləri üzrə mühəndis qeyd etməklə göndərə bilərlər.

  • Daily129
  • Weekly606
  • Monthly1757