Aparıcı Mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı Mühasib

  • Deadline 14 Dekabr 2024
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunun qurulması;
  • Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması;
  • Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
  • 1C (8.3) mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrün bağlanılması;
  • Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi;
  • Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
  • Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və uçotunun həyata keçirilməsinə nəzarət etmək;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;

 Namizədə dair tələblər:

  • Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat sahəsi üzrə);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • ACCA və IFRS üzrə biliklərin olması arzu olunandır;
  • MS Office proqramlara dair biliyi (Xüsusilə MS Excel); 
  • 1C  8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.);
  • Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;

 İş şəraiti:

  • Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
  • Əmək haqqı: 1200-1500 AZN
  • İş günləri: həftə içi 5 gün, 09:00-18:00.

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Aparıcı Mühasib” qeyd edərək, öz CV-lərini mail ünvanına göndərə bilərlər;

  • Daily78
  • Weekly671
  • Monthly1693