Vəzifə öhdəlikləri:
- Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunun qurulması;
- Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması;
- Vergi, DSMF, Statistika hesabatlarının təqdim olunması;
- 1C (8.3) mühasibat proqramında ayın və ilin bağlanması ilə bağlı bütün reqlament əməliyyatlarını işləmək və dövrün bağlanılması;
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət edilməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Əmək haqqı, məzuniyyət haqlarının hesablanması;
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərin mal qalığının, vergi öhdəliklərinin , gəlir və xərclərinin və uçotunun həyata keçirilməsinə nəzarət etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsinin təmin edilməsi;
Namizədə dair tələblər:
- Ali təhsil (Mühasibat, Maliyyə, İqtisadiyyat sahəsi üzrə);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- ACCA və IFRS üzrə biliklərin olması arzu olunandır;
- MS Office proqramlara dair biliyi (Xüsusilə MS Excel);
- 1C 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.);
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
İş şəraiti:
- Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- Əmək haqqı: 1200-1500 AZN
- İş günləri: həftə içi 5 gün, 09:00-18:00.
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Aparıcı Mühasib” qeyd edərək, öz CV-lərini mail ünvanına göndərə bilərlər;