Mexanika üzrə mühəndis

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Mexanika üzrə mühəndis

  • Истекает 28 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

  • Layihənin mexanika bölümün dərindən araşdırmaq və düzgünlüyünü yoxlamaq;
  • Mexanika layihələrini layihəçi və sifarişçi ilə müzakirə etmək;
  • Mexanika işləri üzrə quraşdırma heyətinin işinin keyfiyyətinə nəzarət etmək;
  • Layihə çizgilərinin digər mühəndislik sahələri və memarlıq cizgiləri ilə koordinasiyasını təhlil etmək;
  • Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərlərinə bildirmək;
  • Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq;
  • Tikinti sahəsində mexaniki işlərin təhlili,yoxlanılması və koordinasiyanı təşkil etmək;
  • Mexaniki avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
  • Layihənin sonunda son texniki dəyərləndirməni və yoxlamanı yerinə yetirmək;
  • Mexanika avadanlıqlarının quraşdırılması və onların testini idarə etmək;
  • AutoCAD proqramından istifadə edərək, mexaniki təsvirlərin hazırlanmasında layihəçi mühəndisə dəstək vermək;
  • Layihə başlıyarkən MS-işin icra üsulun hazırlamaq;
  • Ərazidə istifadə olunan materialların BOQ tələbinə uyğunluğuna əmin olmaq;
  • Materiallar quraşdırıldıqdan sonra NFİ yazılması üçün QC dəvət etmək;
  • NFI qəbulundan sonra Test işlərinin icra etmək;
  • Yoxlama zamanı sifarişçinin iradlarının aradan qaldırmaq;
  • Gün ərzində görülən işlərin miqdarını planlama mühəndisinə məlumat vermək;
  • Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq;
  • Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək;
  • Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə tikinti işlərinin monitorinqini aparmaq və hesabat təqdim etmək;
  • Müfəssəl fəaliyyət planlarının tərtib edilməsinə yardım göstərmək, daxili sənədlərin təqdim olunmasını həyata keçirmək və ya əməkdaşlıq edən şirkətlərin rəy və təkliflərini əldə etmək;
  • Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlər aparmaq və məlumat bazasını sənədlər üzrə yeniləmək.

TƏLƏBLƏR:

  • Mexanika mühəndisi ixtisası üzrə ali təhsil;
  • MS office və AutoCAD proqramlarını əla səviyyədə bilməli;
  • Sahə üzrə minimum 2-3 il təcrübə;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili yaxşı səviyyədə;
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Sahə işlərinə və ezamiyyətlərə hazır olmaq.
  • Analiz və idarəetmə bacarığı.

ŞƏRTLƏR:

  • Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K
  • İş rejimi:  6 günlük iş həftəsi
  • Korporatov nömrə
  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Mexanika üzrə mühəndis” qeyd edərək, öz CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.

Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

  • Daily102
  • Weekly491
  • Monthly2433