Mühəndis-Elektrik

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühəndis-Elektrik

  • Deadline 28 Fevral 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Vəzifə öhdəlikləri:

  • Layihələndirmə üçün ilkin məlumatın yığılması və çertyojların AZDTN tələblərinə uyğun AutoCAD-da çəkilməsi;
  • Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi və smetanın hazırlanması;
  • 0,4-1 kV (aşağı gərginlik) elektrik şəbəkənin layihələndirilməsi;
  • Elektrik yükünün hesablanması;
  • Layihələrdə elektrik işlərinə nəzarət, sahədəki mühəndisin və sahə rəisinin işlərinin düzgün təşkil edilməsinə nəzarət;
  • Layihə başlıyarkən MS-işin icra üsulun hazırlamaq;
  • Ərazidə istifadə olunan materialların BOQ tələbinə uyğunluğuna əmin olmaq;
  • Materiallar quraşdırıldıqdan sonra NFİ yazılması üçün QC dəvət olunması təmin etmək;
  • NFI qəbulundan sonra Test işlərinin icra etmək;
  • Yoxlama zamanı sifarişçinin iradlarının aradan qaldırmaq;
  • Gün ərzində görülən işlərin miqdarını planlama mühəndisinə məlumat vermək;
  • Tabeliyində olan digər işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan Norma, Qaydalar, Standartlar və digər texniki sənədlərin tələblərinə riayət olunması;

Tələblər:

  • Mühəndis-elektrik ixtisası üzrə ali təhsil;
  • Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
  • Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
  • Elektrik sxemlərini tərtib etmək bacarığı;
  • Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığı;
  • Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
  • Aşağı və yüksək gərginlikdə işləmək üçün sertifikat (arzuolunandır);
  • Dil bilikləri: Azərbaycan dili - səlis, İngilis dili yaxşı səviyyədə;
  • Kompüter bilikləri – AutoCAD əla bilməli; 3D MAX, VRAY, Corel Draw proqramlarının bilməsinə üstünlük verilir;
  • MS Office və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı;
  • Komandada işləmə bacarığına malik olmalı;
  • Diqqətli və dəqiq olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;

Şərtlər:

  • Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K
  • Əmək haqqı namızədlərin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə təyin ediləcək
  • Korporativ nömrə.
  • İş günləri: həftə içi 6 gün

Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Mühəndis Elektrik” qeyd edərək, öz CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.

  • Daily104
  • Weekly493
  • Monthly2435