Vəzifə öhdəlikləri:
- Müştəri bazasının genişləndirilməsi: Yeni yerli və xarici müştərilərin tapılması, potensial tərəfdaşlarla əlaqələrin qurulması.
- Müştərilərlə görüşlər təşkil edərək yeni məhsullar, nümunələr və xidmətlər barədə ətraflı məlumat vermək: Potensial müştərilərlə həm onlayn, həm də üzbəüz görüşlərin təşkili və təkliflərin təqdim edilməsi.
- Müqavilələrin bağlanması: Satış prosesinin sonlandırılması və sənədləşmə işlərinin izlənilməsi.
- Bazarın və rəqiblərin mütəmadi analizi.
- Korporativ telefon və digər iş resursları
- Hesabatlılıq: Görülən işlər barədə həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq sahələr üstünlükdür).
- Təcrübə: Satış sahəsində ən azı 2-3 il təcrübə.
- Güclü ünsiyyət və təqdimat bacarıqları.
- Danışıqlar aparmaq və inandırma qabiliyyəti.
- Dil bilikləri: Azərbaycan dili (əla), Xarici dil biliyi: Rus və İngilis dillərini danışıq səviyyədə bilməli (yaxşı).
- Yüksək ünsiyyət bacarığı: Müştəriləri razı salma və təqdimat bacarığı.
- Analitik düşüncə: Bazarın təhlili və rəqiblərin izlənilməsi bacarığı.
Şərtlər:
- Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç.51K
- Korporativ nömrə.
- Əmək haqqı: 800 - 1000 AZN + yüksək motivasiyaedici bonus sistemi (Namizədin bilik və bacarıqlarına əsasən dəyişir)
- 6 günlük iş qrafiki
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Satış Təmsilçisi” qeyd edərək, öz CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.