Vəzifə öhdəlikləri:
- Tender siyahıları əsasında sifarişlərin hazırlanması və təchizatçılardan alınan qiymətlər əsasında baza yaradılması;
- Təchizatçılardan alınan qiymətlərinin müqasiyəli təhlili və Təchizat şöbəsi tərəfindən tənzimlənmiş qiymətlərlə uzlaşdırılması;
- Sifariş olunan məhsulların qeydiyyatına nəzarətin edilməsi;
- Təchizatçılarla öncədən razılaşdırılmış şərtlər əsasında müqavilələrin bağlanması;
- Anbar qalığına əsasən sifarişlərin hazırlanması və yerləşdirilməsi
- Təchizatçılardan alınan qaimələr əsasında ödənişlərin edilməsinə nəzarət;
- Malların vaxtında çatdırılmasına,yük sənədlərinin düzgün hazırlanmasına və malların optimal surətdə daşınmasına nəzarət;
- Vaxtaşırı yeni təchızat mənbələrinin axtarılması, mövcud təchizatçılarla əməkdaşlığın səmərəli inkişafı yönündə görüşlərin keçirilməsi;
- Tenderin Əsas Şərtlər Toplusunun hazırlanması/nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində tender komissiyası ilə yazışmaların aparılması, daxil olan suallara cavabların vaxtında və düzgün cavablandırılmasının təmin olunması
- Tələb olunan sənədlər toplusunun əldə olunması və operativ şəkildə hazırlanması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender təkliflərinin kommersiya şərtlərinin əlaqələndirilməsi və texniki dəqiqliyə nəzarət;
- Tender və sorğu proseslərinin gedişi haqqında həftəlik və aylıq hesabatların hazırlanması;
- Müəssisələr tərəfindən təchiz olunan mal və xidmətlərin keyfiyyətlərinin təhlili məqsədi ilə qurulmuş sistemin fəaliyyətini təmin etmək;
- Tender və digər müsabiqələrin keçirilməsi üçün araşdırılmaların aparılması;
- Mütəmadi bazar araşdırması edərək potensial tədarükçülərin tapılması, qiymət dalğalanmalarının müəyyən edilməsi və yeni həll yollarının hesabatının təqdim edilməsi;
- Müqavilə şərtləri barəsində razılaşmaq üçün podratçılarla danışıqların aparılması;
- Müdriyyətə aylıq və rüblük hesabatın verilməsi;
- Malın təhvili,keyfiyyətin yoxlanılması və təslimini təmin edilməsi;
Namizədə tələblər:
- Ali təhsil (İqtisadi təhsilin olması üstünlükdür);
- Azərbaycan dili İngilis və Rus dilində sərbəst başa düşmək və yazı bacarığı;
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- Müqavilələrlə iş təcrübəsi;
- Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti.
Şərtlər:
- Ünvan: N. Nərimanov rayonu Əhməd Rəcəbli küç. 51K
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- Əmək haqqı: Razılaşdırılma yolu ilə
- İş günləri: həftə içi 5 gün, 09:00-18:00.
Yuxarıda qeyd edilən tələblərə uyğun namizədlər mövzu yerində “Tender və qiymətləndirmə üzrə mütəxəssis” qeyd edərək, öz CV-lərini Müraciət et butonunda qeyd edilən elektron poçt ünvanına göndərə bilərlər;