Ofis Meneceri

  • Истекает 3 сентябрь 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Şirkətimiz avtomatik qapılar və sənaye tipli qapıların quraşdırılması sahəsində fəaliyyət göstərir. Komandamıza dəqiq, məsuliyyətli və təşkilatçı bir Ofis Meneceri axtarırıq.

Vəzifə Öhdəlikləri

  • Ofisə servislə bağlı daxil olan zəngləri cavablandırmaq və müştərilərə lazım olan ilkin məlumatı vermək, müştərilərdən lazımi sənədləri tələb etmək və təyinatı üzrə istiqamətləndirmək
  • Şirkətin sənəd mübadiləsinin təminatı: daxil olan və gedən sənədlərin qeydiyyatı, hesabatı, saxlanılması və arxivləşdirilməsi
  • Kargüzarlıq işlərinin aparılması
  • Davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək
  • Məzuniyyət cədvəlini daimi nəzarətdə saxlamaq, işçilərin məzuniyyətlərini istifadə etməsini təmin etmək
  • Yeni vakansiyalar üzrə işçi axtarışı (elan yerləşdirilməsi, daxil olan CV-in analizi və seçimi)
  • Rəhbərliyin tapşırıqlarını və digər işləri vaxtında və düzgün yerinə yetirmək
  • Zəruri məlumatları telefon və ya elektron poçt vasitəsi ilə təqdim etmək
  • Müştəriyə Qiymət təklifi sənədinin hazırlanıb göndərilməsi
  • Müqavilələrin HF, TTA, QRP hazırlanması, imzaya verilməsi
  • Aylıq servislərin davamiyyətinə nəzarət
  • Aktların gətirilməsi və çeşidlənib paylanması
  • Təsdiq sənədlərini kuryerdən göndərmək

Namizədə Tələblər

  • Xanım namizədlərə üstünlük verilir
  • Azərbaycan dilində səlis danışıq qabiliyyəti, İngilis və Rus dil bilikləri üstünlükdür
  • MS Office (Excel, Word) proqramlarında sərbəst işləmək bacarığı
  • İş təcrübəsi: 1–2 il
  • Ofis avadanlıqları ilə (printer, scan) tam sərbəst işləmək bacarığı
  • Komanda ilə kommunikasiyanı yüksək səviyyədə qurmaq
  • İşgüzar münasibət etikası
  • İşində səliqəli, məsuliyyətli və dəqiq olmaq

İş Şəraiti

  • İş qrafiki - Bazar ertəsi – Cümə, 09:00–18:00
  • Şənbə - 09:00–13:00
  • Bazar - İstirahət günüdür
  • Əmək haqqı - 700 AZN – 900 AZN (net)
  • Ünvan - Bakı, Nərimanov r.

Əlaqə - 051 229 79 84

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər:

  • Daily16
  • Weekly119
  • Monthly136