İşin təsviri:
- Məişət texnikalarının anbarlardan mağazalara və ya birbaşa müştərilərə çatdırılması. Sürücü həm də məhsulun avtomobildən boşaldılması və daşınmasında iştirak edir.
Vəzifə öhdəlikləri:
- Məhsulların təhlükəsiz və vaxtında təhvil verilməsi;
- Qaimə və təhvil-təslim sənədlərinin düzgün doldurulması;
- Avtomobilin texniki vəziyyətinin gündəlik yoxlanması və təmiz saxlanılması;
- Məhsulun fiziki olaraq avtomobildən endirilməsi və təyinat nöqtəsinə daşınmasında iştirak.
Namizədə tələblər:
- BC kateqoriyalı sürücülük vəsiqəsi;
- İSUZU və FORD markalı yük avtomobillərinin idarəsində real təcrübə;
- Bakı və ətraf əraziləri yaxşı tanımaq;
- Fiziki cəhətdən sağlam olmaq;
- Məsuliyyətli, nizam-intizamlı və diqqətli olmaq;
- Komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İstirahət günləri: Həftədə 1 gün (qrafikə uyğun);
- İş yeri: Bakı şəhəri və ətraf ərazilər;
- Əmək haqqı: 700 AZN.
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində “Sürücü (BC kateqoriya)” qeyd etməklə CV-nizi Müraciət et butonunda qeyd olunan email ünvanına göndərin.