Europark MMC Europark MMC
  • 503

Çağrı mərkəzi üzrə Operator

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Çağrı mərkəzi üzrə Operator

  • Истекает 23 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

“Europark MMC” müştəri təcrübəsinin yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı inkişafı məqsədilə Türkiyə bölgəsinə  xidmət göstərmək üçün “Çağrı mərkəzi üzrə Operator” vəzifəsinə türkdilli peşəkar namizədlərin müraciətini qəbul edir.

Əsas vəzifə öhdəlikləri:

  • Daxil olan zənglərin şirkətin xidmət standartlarına uyğun şəkildə cavablandırılması
  • Müştərilərə xidmətlər barədə dolğun və dəqiq məlumatın təqdim edilməsi
  • Müştəri müraciət, təklif və şikayətlərinin sistem üzərindən qeydiyyatı və nəzarətdə saxlanılması
  • Müvafiq struktur bölmələri ilə koordinasiyalı işləyərək sorğuların operativ həllinin təmin edilməsi
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyət göstəricilərinin qorunması
  • Gündəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması

Namizədə dair tələblər:

  • Türk dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
  • Yüksək kommunikasiya və dinləmə bacarığı
  • Müştəriyönümlü yanaşma və etik davranış prinsiplərinə riayət
  • MS Office proqramlarında işləmə bacarığı
  • Komandada işləmək və operativ qərarvermə qabiliyyəti
  • Müvafiq sahədə 1-2 il  iş təcrübəsinin olması arzuolunandır
  • Xanım namizədlərə üstünlük verilir
  • Türkiyədə təhsil almış namizədlərə üstünlük verilir

Təklif edirik:

  • Rəsmi əmək müqaviləsi
  • Əmək haqqı: 500-700 AZN 
  • İş qrafiki: Növbəli qrafik
  • Peşəkar inkişaf və təlim proqramları
  • Stabil və korporativ iş mühiti

Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Çağrı mərkəzi üzrə Operator” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmələri xahiş olunur.Yalnız uyğun olan şəxslərlə əlaqə saxlanılacaq.

  • Daily8
  • Weekly588
  • Monthly2297