İş şəraiti
- İş yeri: Köhnə Günəşli
- İş qrafiki: Tam ştat, 6 günlük
- Əmək haqqı: 600 AZN
Vəzifə haqqında:
- Şirkətimizə sürücü heyətinin idarə edilməsi, platforma qeydiyyatları , sənədləşmə işləri və ödəniş nəzarəti proseslərini peşəkar şəkildə həyata keçirəcək "Dispetçer / Sürücü Koordinatoru" axtarırıq.
Əsas Öhdəliklər:
- Yeni sürücülərin cəlb edilməsi, Bolt, Yango, İbex, SMS Radar və AzParking platformalarında qeydiyyatlarının tam icrası.
- Etibarnamələrin və müqavilələrinin hazırlanması, imzalatdırılması və rəsmiləşdirilməsi.
- Sürücülərin ödənişlərinin izlənilməsi, Excel bazasında dəqiq uçotun aparılması.
- Sürücülərə cərimələr barədə məlumat verilməsi, borc ödənişlərinin tələb edilməsi, ödəniş etməyən sürücülər barədə rəhbərliyə vaxtında məlumatın verilməsi.
- Sahibkar avtomobillərin sürücülərinə nəzarət, onların problemlərinin operativ həlli.
- Sürücülərin platforma ilə bağlı yaşadıqları texniki problemlərin həlli və müvafiq dəstəyin göstərilməsi.
- Həftəlik borc və cərimə hesabatlarının hazırlanması, sürücü bazasının yenilənməsi.
Namizədə Tələblər:
- Sürücü koordinatoru sahəsində iş təcrübəsi.
- MS Office (xüsusilə Excel) proqramlarında yüksək səviyyədə işləmə bacarığı.
- Operativlik, məsuliyyətlilik, insanlarla (sürücülərlə) yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı, konfliktləri həll etmə qabiliyyəti.
- İş qrafikinə və şirkət daxili hesabatlılıq tələblərinə ciddi riayət etmə.
- Xanım namizədlərə üstünlük verilir.
Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Dispetçer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun olan şəxslərlə əlaqə saxlanılacaq.