Əsas vəzifələr:
- Nağd və nağdsız ödəniş əməliyyatlarını düzgün və operativ şəkildə həyata keçirmək
- Kassa balansının qorunması, gündəlik hesabatların hazırlanması və sənədləşdirmə işlərinin aparılması
- Pul qəbzləri, çeklər və digər maliyyə sənədlərini toplamaq və sistemləşdirmək
- Faktura, qəbz və digər kassa sənədlərini düzgün formada təqdim etmək
- Gündəlik və aylıq hesabatların hazırlanmasında iştirak etmək
- Kassadakı pul və sənədlərin tamlığını təmin etmək
- Maliyyə əməliyyatlarının şəffaflığını təmin etmək və daxili prosedurlara riayət etmək
Namizədə dair tələblər:
- Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
- Dəqiqlik, məsuliyyət və etik davranış prinsiplərinə riayət
- Komandada işləmə və operativ qərarvermə bacarığı
- Müvafiq sahədə iş təcrübəsi arzuolunandır;
- MS Office proqramları (xüsusilə Excel)
- 1C proqramı üzrə bilik
Təklif etdiyimiz imkanlar:
- Rəsmi əmək müqaviləsi
- Əməkhaqqı: 700 AZN
- İş qrafiki: 6 günlük
Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Mühasib köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.