Europark MMC Europark MMC
  • 561

Europark MMC

Mühasib köməkçisi

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Mühasib köməkçisi

  • Deadline 3 July 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş şəraiti

  • İş qrafiki: 6 günlük
  • Əmək haqqı: 500 AZN 

İşin Təsviri:

  • Mühasib köməkçisi şirkətin maliyyə və mühasibat şöbəsinin gündəlik fəaliyyətinə dəstək göstərəcək, ilkin sənədləşmələrin aparılması və məlumatların bazaya daxil edilməsi prosesində aktiv iştirak edəcəkdir. Bu vəzifə mühasibatlıq sahəsində karyera qurmaq və peşəkar komandada təcrübə qazanmaq istəyənlər üçün ideal fürsətdir.

Vəzifə Öhdəlikləri:

  • İlkin mühasibat sənədlərinin (hesab-fakturalar, qaimə-fakturalar, elektron vergi hesab-fakturaları və s.) qəbul edilməsi, yoxlanılması və sistemə işlənməsi;
  • Bank çıxarışlarının mühasibat proqramına (1C) daxil edilməsi və köçürmələrin izlənilməsi;
  • Debitor və kreditor borcların izlənilməsi, qarşılıqlı üzləşmə aktlarının hazırlanması və partnyorlarla koordinasiya edilməsi;
  • Ezamiyyət, təhtəlhesab və digər gündəlik xərclərin hesabatlarının yoxlanılması və qeydiyyatı;
  • Mühasibat sənədlərinin nizamlı şəkildə arxivləşdirilməsi və qorunub saxlanılması;
  • Baş mühasibin və ya mühasibin verdiyi digər cari tapşırıqların yerinə yetirilməsi.

Namizədə Dair Tələblər:

  • Təcrübə:1 ilə qədər və ya təcrübəsiz (təcrübə proqramını bitirmiş namizədlərə üstünlük verilir)
  • Təhsil: Maliyyə, Mühasibat uçotu, İqtisadiyyat və ya müvafiq sahə üzrə Bakalavr təhsili;
  • Proqram bilikləri: 1C (8.3 versiyası) proqramı ilə ilkin işləmək bacarığı; MS Office (xüsusilə Excel) proqramından yaxşı səviyyədə istifadə;
  • Vergi Məcəlləsi və Mühasibat uçotu haqqında ilkin nəzəri biliklər (e-taxes.gov.az portalından istifadə qaydalarını bilmək üstünlükdür);
  • Riyazi hesablama aparmaq və analitik düşünmə qabiliyyəti;
  • Detallara qarşı diqqətlilik, məsuliyyətlilik və komandada işləmək bacarığı;
  • Öyrənməyə və peşəkar inkişafa yüksək motivasiya.
  • Karyera pillələrində sürətli yüksəliş perspektivi.

Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Mühasib köməkçisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily109
  • Weekly567
  • Monthly567