Call Center üzrə Operator

  • Deadline 14 Noyabr 2026

Europark MMC” müştəri təcrübəsinin yüksəldilməsi və xidmət keyfiyyətinin davamlı inkişafı məqsədilə Call Center üzrə Operator vəzifəsinə peşəkar namizədlərin müraciətini qəbul edir.

Əsas vəzifə öhdəlikləri:

  • Daxil olan zənglərin şirkətin xidmət standartlarına uyğun şəkildə cavablandırılması
  • Sürücülərə xidmətlər barədə dolğun və dəqiq məlumatın təqdim edilməsi
  • Sürücü müraciət, təklif və şikayətlərinin sistem üzərindən qeydiyyatı və nəzarətdə saxlanılması
  • Müvafiq struktur bölmələri ilə koordinasiyalı işləyərək sorğuların operativ həllinin təmin edilməsi
  • Müştəri məmnuniyyətinin və xidmət keyfiyyət göstəricilərinin qorunması
  • Gündəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması

Namizədə dair tələblər:

  • Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı,rus dili biliyinin olması mütləqdir
  • Yüksək kommunikasiya və dinləmə bacarığı
  • Müştəriyönümlü yanaşma və etik davranış prinsiplərinə riayət
  • MS Office proqramlarında işləmə bacarığı
  • Komandada işləmək və operativ qərarvermə qabiliyyəti
  • Müvafiq sahədə 1-2 il iş təcrübəsi mütləqdir
  • Xanım namizədlərə üstünlük verilir

Təklif edirik:

  • Rəsmi əmək müqaviləsi
  • Əmək haqqı: 500-700 AZN
  • İş qrafiki: 07:00-15:00
  • Peşəkar inkişaf və təlim proqramları
  • Stabil və korporativ iş mühiti

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily96
  • Weekly418
  • Monthly1274