Təsvir
- Açıq vakansiyalar üçün namizədlərin axtarışını və seçilməsini həyata keçirmək.
- Müsahibələrin təşkil olunması və keçirilməsi, həmçinin qiymətləndirmə və nəticələrə əsaslanaraq qərar qəbul etmək.
- Namizədlər üçün iş təklifləri hazırlamaq və işə qəbuldan əvvəl bütün lazımi prosedurları yerinə yetirmək.
- Namizədlərin peşəkar bacarıqlarını və şəxsi keyfiyyətlərini qiymətləndirmək üçün müxtəlif alət və üsullardan (müsahibələr, testlər, psixoloji qiymətləndirmə) istifadə etmək.
- İnsana yönəlik bacarıqlar, motivasiya və uyğunluq qiymətləndirmələri aparmaq.
- İşə qəbul sənədlərinin hazırlanması və namizədlərlə əlaqəli digər inzibati tapşırıqların yerinə yetirilməsi.
- İşə qəbul prosesinə dair məlumatların sistematik qeydiyyatı və saxlanması.
- İşə qəbul fəaliyyətlərinin hüquqi və etik tələblərə uyğunluğunu təmin etmək.
- İşə qəbul proseslərini optimallaşdırmaq və effektivliyi artırmaq üçün müntəzəm olaraq təkmilləşdirmələr etmək.
- Əməkdaşlıq etdiyimiz təhsil və peşəkar təşkilatlarla müntəzəm əlaqələr qurmaq və istedadları cəlb etmək.
Tələblər
- İşə qəbul sahəsində ən azı 2-3 il təcrübə (İnsan resursları və ya müvafiq sahədə).
- Güclü şifahi və yazılı ünsiyyət bacarıqları, müxtəlif namizədlərlə effektiv əlaqə qurma bacarığı.
- Namizədlərin təhlil edilməsi və qiymətləndirilməsi üzrə bacarıqlar.
- Prosesləri izləmə və idarə etmə bacarığı, detallara diqqət yetirən yanaşma.
- İşə qəbul və əmək hüquqları sahəsində əsas biliklər.
Digər məlumatlar
- İş qrafiki 5 gün.
- İş vaxtı 09:30-18:00-dək
- Şirkətin yerləşdiyi ərazi (Sahil m.)
- Əmək haqqı (700-800 AZN)
Qeyd olunan göstəricilərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.
Əlaqə - (055) 2138348; (055) 2138356