Günlük kassa əməliyyatlarına cavabdeh olacaq Kassir axtarılır. Kassir şirkətin maliyyə əməliyyatlarını həyata keçirən əsas əməkdaşlardan biri olaraq, müştərilərlə birbaşa ünsiyyətdə olmalı, ödəniş prosesini operativ və dəqiq şəkildə icra etməlidir.
Əsas məsuliyyətlər:
- Müştərilərdən nağd və nağdsız ödənişləri qəbul etmək və düzgün şəkildə rəsmiləşdirmək;
- Günlük kassa əməliyyatlarını yerinə yetirmək və satış sonrası verilən qəbzləri, kassa sənədlərini düzgün və vaxtında təqdim etmək;
- Gün sonu və ay sonu bağlanış əməliyyatlarının həyata keçirmək;
- Kassa vəsaitlərinin təhlükəsizliyinin təmin etmək və müəyyən olunmuş qaydada məsul şəxslərə təhvil vermək;
- Kassaya aid bütün sənədlərin və qəbzlərin arxivlənməsinə nəzarət etmək;
- Müştərilərlə nəzakətli və operativ ünsiyyət qurmaq;
Əsas bacarıqlar/Keyfiyyətlər:
- Kassir vəzifəsində minimum 1 il iş təcrübəsi;
- Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı (rus dili biliyi üstünlükdür);
- Kompüter bilikləri (MS Office proqramları), “1C” maliyyə platformasında iş təcrübəsi olması;
- Məsuliyyətli, diqqətli və dəqiq olmaq;
- Müştəriyönümlü və ünsiyyət bacarığı yüksək olmaq.
İş şəraiti:
- İş qrafiki: Bazar ertəsi – Cümə 10:00 -18:00, Şənbə : 10:00 - 15:00
- Əmək haqqı: 600 AZN.
Bu vəzifəni yerinə yetirmək üçün lazım olan biliyə, bacarığa və təcrübəyə malik olduğunuzu düşünürsünüzsə, (mövzu hissəsində “Kassir” qeyd etməklə) CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.