Əsas vəzifələr
- Mühasibat uçotunun Logo ERP sistemində düzgün qurulması və idarə edilməsi
- POS və ERP məlumatlarının uyğunluğuna nəzarət
- Vergi, DSMF və rəsmi hesabatların hazırlanması
- Şirkətin pul axını və maliyyə nəzarət sisteminin qurulması
- Stok və satış məlumatlarının mühasibat uçotu ilə uyğunlaşdırılması
- Bank əməliyyatları və kredit satışlarının uçotu
- Audit proseslərinin idarə olunması
- Mühasibat komandası və maliyyə sənədlərinin idarə olunması
- Rəhbərliyə aylıq maliyyə hesabatlarının təqdim olunması
Tələblər
- Ali təhsil (Maliyyə / Mühasibatlıq)
- Minimum 5 il baş mühasib təcrübəsi
- Retail sektorunda təcrübə üstünlükdür
- Logo ERP və ya oxşar sistemlərdə iş təcrübəsi
- Vergi qanunvericiliyini yaxşı bilməli
- Analitik düşüncə və sistem qurma bacarığı
Üstünlük veriləcək namizədlər
- Retail şəbəkəsində iş təcrübəsi
- POS sistemləri ilə işləyən
- Stok və satış analizi bilən
- Maliyyə nəzarət sistemi qura bilən
İş şəraiti
- Əmək haqqı: Danışıqlar əsasında (təcrübəyə uyğun)
- Nahar yeməyi şirkət tərəfindən təmin olunur
- Uzunmüddətli əməkdaşlıq və sistemin qurulmasında əsas rol
- Böyüyən pərakəndə şəbəkədə real səlahiyyət
CV-lərinizi mövzu hissəsində “Baş mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.