Evfemiya MMC (Karaca mağazalar şəbəkəsi) Evfemiya MMC (Karaca mağazalar şəbəkəsi)
  • 501

Evfemiya MMC (Karaca mağazalar şəbəkəsi)

Multiline Retail

HR Menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

HR Menecer

  • Deadline 2 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Namizədə tələblər

  • Pərakəndə satış və ya mağaza şəbəkəsində HR və ya əməliyyat təcrübəsi (mütləq)
  • İşçi keyfiyyətinin ölçülməsi, zəif işçilərin vaxtında aşkar edilməsi və çıxarılması üzrə real təcrübə
  • Ali təhsil (İnsan Resursları, Menecment, İqtisadiyyat və ya əlaqəli sahə)
  • Ümumi iş təcrübəsi minimum 4–5 il
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini praktik səviyyədə bilmək
  • İşə qəbul, sınaq müddəti və KPI əsaslı performans qiymətləndirmə sistemləri ilə işləmə bacarığı
  • Analitik düşünmə, sərt qərarvermə və münaqişə idarəetmə bacarığı
  • MS Office (xüsusilə Excel) proqramlarında sərbəst işləmək bacarığı
  • İngilis və Rus dilləri üstünlükdür

Vəzifə öhdəlikləri

  • Mağazalar üzrə işçi ehtiyacının real təhlili və planlaşdırılması
  • İşə qəbul prosesinin tam təşkili və sürətli seleksiya
  • Satış heyəti və menecerlər üçün KPI sisteminin qurulması və nəzarəti
  • Yeni işçilər üçün adaptasiya (oriyentasiya) prosesinin təşkili
  • Sınaq müddətində işçilərin fəaliyyətinin izlənilməsi və zəif nəticə göstərənlər üzrə qərarların hazırlanması
  • Daxili intizam qaydalarına əməl olunmasına nəzarət və pozuntuların sənədləşdirilməsi
  • İşçi dövriyyəsinin səbəblərinin rəqəmlərlə təhlili və azaldılması üzrə tədbirlər
  • Kadr bazasının formalaşdırılması və yenilənməsi
  • İşçilər üzrə aylıq və illik HR hesabatlarının hazırlanması
  • Əmək müqavilələri, əmrlər və kadr sənədlərinin əmək qanunvericiliyinə uyğun icrasına nəzarət

İş şəraiti

  • Əmək haqqı: Danışıqlar əsasında + nəticəyə bağlı bonus
  • Nahar yeməyi şirkət tərəfindən təmin olunur
  • Real səlahiyyət və nəticəyə əsaslanan karyera yüksəlişi
  • Dinamik pərakəndə mühitdə qərarvermə imkanı

CV-lərinizi mövzu hissəsində “HR Menecer (Retail)” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

  • Daily19
  • Weekly156
  • Monthly159