Şirkətimiz mətbəx, ev əşyaları və home məhsulların pərakəndə satışını həyata keçirən mağaza şəbəkəsidir. Komandamıza kassir axtarılır.
Vəzifə öhdəlikləri:
- Müştərilərdən nağd və nağdsız ödənişlərin qəbulu
- Kassa əməliyyatlarının düzgün və dəqiq aparılması
- Gün sonu hesabatların hazırlanması və təhvil verilməsi
- Kassada olan vəsaitin düzgünlüyünə nəzarət
- İş yerinin səliqə-sahmanına nəzarət
- Müştərilərə nəzakətli və operativ xidmət göstərilməsi
İş barədə məlumat:
- Əmək haqqı: rəsmi 500 AZN + bonus sistemi
- İş qrafiki: növbəli – 10:00–17:00 və 14:00–22:00
- Həftədə 6 iş günü, 1 istirahət günü
Tələblər:
- Kassir və ya oxşar sahədə iş təcrübəsi arzuolunandır
- Azərbaycan dilində sərbəst danışıq bacarığı; ingilis və rus dillərini bilmək arzu olunandır
- Analitik təhlil etmə qabiliyyəti
- Kollektivdə işləmək bacarığı
- Sürətli öyrənmə qabiliyyəti
- Diqqətlilik və məsuliyyətlilik
CV-lərinizi mövzu hissəsində “Kassir” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.