İnnovasiya meneceri

  • Deadline 30 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əmək haqqı: Müsahibə əsasında (sabit maaş + motivasiyaedici bonus sistemi)

Vəzifə öhdəlikləri:

  • Pərakəndə ticarət sahəsində yeni texnologiya və trendləri izləmək, bazar araşdırmaları aparmaq.
  • Şirkətdə satışları artırmaq və müştəri məmnuniyyətini yüksəltmək üçün innovativ layihələr hazırlamaq və tətbiq etmək.
  • Satış proseslərinin, anbar və alış əməliyyatlarının avtomatlaşdırılması üzrə həllər təklif etmək.
  • CRM sistemlərinin tətbiqi və müştəri loyallıq proqramlarının inkişafına dəstək olmaq.
  • Rəqəmsal alətlərin (online-vitrin, çatbot, kassalar, mobil tətbiqlər) tətbiqini təşəbbüs etmək və idarə etmək.
  • Layihələrin icrasına nəzarət etmək, vaxtında və keyfiyyətli nəticələrin əldə olunmasını təmin etmək.
  • İnnnovativ həllərin effektivliyini qiymətləndirmək və rəhbərliyə hesabat təqdim etmək.
  • Təchizatçılar və tərəfdaşlarla danışıqlar aparmaq, əməkdaşlıq imkanlarını araşdırmaq.
  • İşçi heyətini yeni texnologiyalar üzrə maarifləndirmək və təlimlər təşkil etmək.

Namizədə tələblər:

  • İnnovasiya layihələrinin idarə olunması sahəsində təcrübə (pərakəndə ticarət və ya e-commerce sahəsində üstünlükdür).
  • Rəqəmsal alətlər və proqram təminatları (CRM, ERP, marketinq platformaları, analitika) ilə işləmək bacarığı.
  • Layihələrin planlaşdırılması və idarə olunması bacarığı.
  • Analitik düşüncə və yaradıcı yanaşma.
  • Komanda ilə işləmək və danışıqlar aparmaq bacarığı.

Şirkət təklif edir:

  • Rəqabətqabiliyyətli əmək haqqı.
  • İnnovativ mühitdə işləmək imkanı.
  • Peşəkar inkişaf və təlim imkanları.
  • Karyera yüksəlişi perspektivləri.
  • Nahar şirkətin mətbəxi tərəfindən verilir.

Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly380
  • Monthly743