İş şəraiti
- İş yeri: Bakı
- İş qrafiki: I–V günlər, tam iş günü. Ofissiz format — çevik iş rejimi,
- sahə ziyarətləri və uzaqdan iş imkanı
- Əmək haqqı: 500 AZN sabit + satış həcmindən asılı faiz və bonuslar
- Müraciət müddəti: vakansiya bağlanana qədər
Vəzifə öhdəlikləri
- Kafe, restoran, market və digər ticarət obyektləri ilə aktiv satışın həyata keçirilməsi (soyuq zənglər, görüşlər, sahə ziyarətləri);
- Potensial müştəri bazasının formalaşdırılması və genişləndirilməsi;
- Məhsulun (EvoPOS kassa sistemi) təqdimatı və demo nümayişinin keçirilməsi;
- Danışıqların aparılması, kommersiya təkliflərinin hazırlanması və müqavilələrin bağlanması;
- Mövcud müştərilərlə əlaqələrin davam etdirilməsi, təkrar satış və abunəliyin uzadılması üzrə iş;
- Satış planının icrası və mütəmadi hesabatlılıq;
- Bazarın və rəqiblərin monitorinqi.
Tələblər
- Satış sahəsində ən azı 1 il iş təcrübəsi;
- HoReCa (kafe/restoran) sahəsində təcrübə üstünlükdür;
- Dil bilikləri: Azərbaycan dili — səlis (mütləq şərtdir); rus dili — arzuolunandır (üstünlük verilir);
- Kompüter bilikləri: MS Office, CRM sistemləri ilə iş bacarığı;
- Yüksək ünsiyyət və inandırma qabiliyyəti, nəticəyönümlülük, müstəqil işləmə bacarığı və məsuliyyət hissi;
- Ali təhsil arzuolunandır.
Şirkətin təklifi
- Sabit əmək haqqı + satışdan faiz (gəlir limiti yoxdur);
- Satışın həyata keçirilməsi ilə bağlı xərclərin şirkət tərəfindən ödənilməsi;
- Çevik iş rejimi — ofisdə oturmaq tələb olunmur;
- Məhsul üzrə tam təlim və dəstək;
- Sürətlə inkişaf edən IT şirkətində karyera imkanı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.