Sosial Media Meneceri (SMM)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Sosial Media Meneceri (SMM)

  • Deadline 27 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Komandamıza Sosial Media Meneceri (SMM) Axtarırıq!

Experiencesrome İtaliyanın müxtəlif regionlarında (Roma başda olmaqla) eksklüziv turlar təklif edən turizm və fotoqrafiya şirkətidir. Bizimlə birlikdə brendimizin rəqəmsal dünyadakı səsini formalaşdıracaq, yaradıcı və dinamik bir komanda yoldaşı axtarırıq! Əgər vizual kontent yaratmaqdan zövq alır və reklam panelləri ilə işləməyi bacarırsınızsa, bu vakansiya məhz sizin üçündür.

Öhdəliklər:

  • Brendin xüsusi üslubuna və xitab tərzinə (brand voice) uyğun olaraq auditoriyaya çatacaq maraqlı kontentlər hazırlamaq;
  • Instagram, TikTok, Facebook və Pinterest platformaları üçün peşəkar video çarxlar (Reels/TikTok) və postlar hazırlayıb paylaşmaq;
  • Gələn birbaşa mesajları (DM) və müştəri sorğularını operativ, peşəkar şəkildə cavablandırmaq;
  • Meta Ads (Facebook/Instagram); Google Ads və TikTok Ads üzərindən effektiv reklam kampaniyaları qurmaq və idarə etmək.

Tələblər:

  • SMM və rəqəmsal marketinq sahəsində 1.5 il təcrübə;
  • Mobil video çəkiliş və montaj proqramları (CapCut və s.) ilə yüksək səviyyədə işləmək bacarığı;
  • Reklam panelləri (Meta Business Suite, TikTok Ads Manager) ilə iş təcrübəsi;
  • Müştərilərlə düzgün və peşəkar kommunikasiya qurma qabiliyyəti.

Təklif:

  • Əmək haqqı: 700 AZN
  • İş qrafiki: Hefte içi 5 gün 10:00-19:00 Ünvan: Arena Plaza, Koroğlu m/st yaxınlığı
  • Rahat ofis şəraiti və yerləşmə yeri

Zəhmət olmasa, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin. Mövzu hissəsində “SMM” başlığı qeyd olunmalıdır.

  • Daily63
  • Weekly313
  • Monthly2287