Təsvir
- SME seqmenti üzrə satış strategiyasının hazırlanması və icrası;
- SME müştəri bazasının genişləndirilməsi, mövcud müştərilərlə əlaqələrin dərinləşdirilməsi vasitəsilə çarpaz satış imkanlarının artırılması (cross-selling) və portfelin keyfiyyətinə (NPL dərəcəsinə) nəzarət;
- Şöbənin strukturunun formalaşdırılması, komandanın inkişafı və davamlı performansın təmin edilməsi;
- Kredit qərarvermə prosesində iştirak və risklərin effektiv idarə olunması;
- Daxili struktur bölmələri ilə koordinasiyanın təmin edilməsi;
- Bazar tendensiyalarının təhlili və yeni məhsul/təkliflərin formalaşdırılmasında iştirak;
- KPI-ların müəyyən edilməsi və komandanın performansının qiymətləndirilməsi;
- Tənzimləyici tələblərə və daxili siyasət və prosedurlara riayət olunmasının təmin edilməsi.
Tələblər
- Maliyyə, İqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
- Bank sektorunda minimum 5-7 il iş təcrübəsi, o cümlədən ən az 2 il rəhbər vəzifədə təcrübə;
- Bank sektorunda SME sahəsi üzrə güclü təcrübə və sübut olunmuş idarəetmə nəticələri;
- SME kreditləri, maliyyə təhlili və satış üzrə güclü biliklər;
- Strateji düşüncə ilə yanaşı operativ idarəetmədə çeviklik;
- Analitik düşüncə və effektiv qərarvermə qabiliyyəti;
- Müştəri yönümlülük və güclü kommunikasiya bacarıqları.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta paketi
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri
- Peşəkar korporativ mühitdə işləmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.