Təsvir
- Potensial müştərilər ilə birbaşa əlaqə yaradaraq, onların banka müştəri kimi cəlb edilməsinin təmin edilməsi;
- Müştərilərin bankın məhsul və xidmətlərinin xüsusiyyətləri və üstünlükləri barədə məlumatlandırılması;
- Müştərilərin ehtiyaclarının müəyyən edilməsi;
- Mövcud müştəri portfelinin idarə edilməsi və bank məhsullarının satışı;
- Müştəriləri sorğularının lazımi struktur orqanlarla koordinasiya edilməsi, əməkdaşlıq və müraciət zamanı prosesin təqib edilməsi, yarana biləcək problemlərin həll olunması;
- Kreditlərin geri ödənilməsinə nəzarət edilməsi.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr təhsili;
- Satış və müştəri bazası ilə işləmək bacarığı;
- Təhlil etmə bacarığı;
- Yüksək ünsiyyət, komandada işləmək bacarığı;
- Problem həll etmə bacarığı;
- Məsuliyyət və dəqiqlik.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1 ilədək
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
İmtiyazlar
- Tibbi sığorta
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.