Təsvir
- Kredit bazarının təhlil edilməsi, fiziki şəxslərin cəlb edilməsi;
- İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədlərin toplanması;
- Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və bank proqramında qeydiyyatının aparılması;
- Kreditləşmə üçün sənədlərin hazırlanması, məlumatların bank proqramına daxil edilməsi və sifarişin müvafiq filiala göndərilməsi;
- Kreditlə bağlı məlumatların bankın proqramına daxil edilməsi;
- Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsinin təmin edilməsi;
- Müştərilər tərəfindən daxil olan sorğuların cavablandırılması.
Tələblər
- Ali iqtisadi və ya texniki təhsil;
- Satış və ya müştəri xidməti sahəsində ən azı 3 il iş təcrübəsi;
- Bank məhsulları və müştəri münasibətlərinin idarə edilməsi üzrə biliklər;
- Mükəmməl ünsiyyət və danışıq bacarığı;
- Nəticəyönümlülük və hədəflərə nail olmaq bacarığı;
- Stressədavamlılıq;
- Azərbaycan dili səlis, rus və ingilis dili biliyi arzuolunandır.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Tibbi sığorta
- Bilik və bacarıqların təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.