Təsvir
- Bankın Reklam, PR və Brend siyasətinin prinsiplərinə uyğun olaraq işin qurulması;
- Marketinq strategiyasının planlaşdırılması və icrasına nəzarət edilməsi;
- Marketinq şöbəsinin illik büdcəsinin hazırlanması və idarə edilməsi;
- Bazar araşdırmaları, rəqiblərin məhsul və satış təhlilin aparılması;
- Reklam işinin operativ, ardıcıl və effektiv təşkili üçün media planın hazırlanmasında iştirak;
- Yeni məhsulların və xidmətlərin tətbiqi prosesində yaxından iştirak edərək, onlarla bağlı reklam kampaniyalarının həyata keçirilməsi;
- Reklam, dizayn şirkətləri və informasiya agentlikləri ilə əlaqələrin qurulması;
- Reklam büdcəsinin işlənib hazırlanmasında iştirak;
- Şöbənin fəaliyyəti ilə bağlı hesabatların hazırlanması və İdarə Heyətinə təqdim edilməsi;
- Cari və potensial müştərilər haqqında məlumatların toplanması, araşdırılması və təhlilinin aparılmasının təmin edilməsi.
Tələblər
- Ali təhsil;
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi (idarəçilik təcrübəsi olanlara üstünlük verilir);
- Marketinq kommunikasiya kanalları ilə işləmə bacarığı;
- Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıq bacarığı;
- MS Windows, MS Office (Excel, Word, Outlook) əla səviyyədə bilmək.
- Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Yaradıcı, innovativ və strateji düşünmə bacarığı;
- Liderlik bacarıqları.
Vakansiya haqqında
- Son tarix fevral 27, 2025
- Vakansiya növü Tam ştat
- Təcrübə 3-4 il
- Vəzifə dərəcəsi Direktor
- Təhsil Bakalavr