Təsvir
- Cari kreditlər üzrə sənədlərin yoxlanılması və monitorinqinin həyata keçirilməsi;
- Monitorinq zamanı aşkar olunan potensial risklər və nöqsanlar barədə rəhbərliyə məlumat verilməsi;
- Bankın region filiallarına səfərlər;
- Monitorinqin icrası ilə bağlı hesabatların verilməsi;
- Bank üzrə qəbul edilən qərarlardan irəli gələn vəzifələrin, bankdaxili əmr, sərəncam və göstərişlərin tələblərinin yerinə yetirilməsi.
Tələblər
- Ali təhsil (iqtisadiyyat və ya maliyyə sahəsində təhsil üstünlükdür);
- Analitik düşünmə və təhlil bacarığı;
- Komanda işinə uyğunluq;
- Müştərilərlə ünsiyyət qurma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara diqqət yetirmə;
- Bank qanunvericiliyi və normativ sənədlər barədə biliklər;
- Sərbəst Azərbaycan dili biliyi, Rus dili bilmək arzuolunandır;
- MS Office proqramlarını sərbəst istifadə bacarığı.
- Beynəlxalq sertifikatların ACCA (F3) olması əlavə üstünlükdür.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
- Təcrübə 1-2 il
- Vəzifə dərəcəsi Mütəxəssis
- Təhsil Bakalavr
İmtiyazlar
- Tibbi sığorta paketi;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı;
- Həyat Yığım sığortasından istifadə etmək imkanı;
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.