Eyler Academy komandasına Sosial Media Meneceri axtarılır!
Əgər kamera qarşısında rahat danışırsansa, kontent ideyaların güclüdürsə və sosial medianı aktiv idarə edə bilirsənsə — səni komandamızda görmək istəyirik.
Vəzifələr:
- Gündəlik post və story paylaşımlarının idarəsi
- Reels/TikTok kontent ideyalarının hazırlanması
- Kamera qarşısında aktiv iştirak etmək
- Trendləri izləmək və uyğunlaşdırmaq
- Çəkilişlərdə iştirak etmək
- Kreativ kontent planı hazırlamaq
- Komanda ilə koordinasiyalı işləmək
Tələblər:
- Canva / CapCut biliyi
- Instagram və TikTok alqoritmini anlamaq
- Səlis danışıq və təqdimat bacarığı
- Aktivlik və kreativ düşüncə
- Məsuliyyətli və operativ olmaq
- Kamera önü enerjisi və özgüvən
İş formatı: Full time
Ünvan: Eyler Academy 20 Yanvar filialı
Maraqlanan namizədlər öz CV-lərini və portfolio-nu Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.