Əmək haqqı: 800 AZN
Vəzifə öhdəlikləri:
- Baş ofis və mağazalarda kompüter, printer və digər İT avadanlıqlarına texniki dəstəyin göstərilməsi;
- POS və kassa sistemlərinin quraşdırılması, sazlanması və nasazlıqlarının aradan qaldırılması;
- Windows əməliyyat sisteminin quraşdırılması və proqram təminatı problemlərinin həlli;
- LAN, Wi-Fi, internet və şəbəkə problemlərinin aradan qaldırılması;
- Router, switch, POS terminallar, barkod skanerlər və çek printerlərinin texniki dəstəyi;
- İT avadanlıqlarının inventar uçotunun aparılması və görülmüş işlər barədə hesabatların hazırlanması;
- Mağazalarda yaranan texniki problemlərə operativ müdaxilə edilməsi.
Namizədə tələblər:
- Yaş: 25–35
- İş təcrübəsi: Minimum 2 il
- Təhsil: Ali (İT və ya əlaqəli sahə üzrə)
- Windows 10/11, Hardware və Software üzrə praktiki biliklər;
- TCP/IP, LAN, DNS, DHCP və IP ünvanlama üzrə biliklər;
- Kompüterlərin diaqnostikası və ilkin təmiri bacarığı;
- POS və kassa sistemləri ilə işləmək bacarığı;
- AnyDesk, TeamViewer, CMD və PowerShell üzrə ilkin biliklər;
- Məsuliyyətlilik, operativlik və komandada işləmək bacarığı;
- Mağazalara səfər edərək yerində texniki dəstək göstərmək imkanı.
Üstünlükdür: Retail sektorunda təcrübə, Active Directory, ZKTeco, CCTV, Cisco və FortiGate sistemləri üzrə biliklər.
Müraciət qaydası: Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İT Help Desk mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.