Tələblər:
- Mühasib vəzifəsində minimum 2-3 il iş təcrübəsi;
- İdxal-ixrac əməliyyatları üzrə praktiki təcrübə;
- Əmək haqqının hesablanması sahəsində təcrübə;
- Bank əməliyyatları və onların mühasibat proqramlarında işlənməsi üzrə təcrübə;
- Əmək qanunvericiliyini (əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab, xəstəlik vərəqələri, gecə növbələri və s.) yaxşı səviyyədə bilmək;
- Excel proqramında yüksək səviyyədə işləmə bacarığı;
- Güclü riyazi və analitik düşünmə qabiliyyəti;
- Məsuliyyətli, dəqiq və komandada işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotunun aparılması;
- İdxal-ixrac əməliyyatlarının uçotu və sənədləşdirilməsi;
- Əmək haqqı hesablamalarının həyata keçirilməsi;
- Bank əməliyyatlarının icrası və proqram təminatında işlənməsi;
- Vergi və digər hesabatların hazırlanmasına dəstək;
- Mühasibatlıq üzrə gündəlik əməliyyatların icrası.
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.