İş şəraiti
- İş yeri: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, Çinar Park Biznes Mərkəzi, 2-ci bina, 3-cü mərtəbə, 309-cu otaq
- İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–17:00; 6-cı gün qısa iş saatı
- Əmək haqqı: 1000–1500 AZN
- Əsas Fəaliyyət İstiqamət: Tikinti təmir və yenidənqurma
- Əmək müqaviləsi: Rəsmi əmək müqaviləsi
Vəzifə öhdəlikləri
- Tikinti şirkətinin maliyyə planlarının hazırlanmasında iştirak etmək;
- Gəlir və xərclərin planlaşdırılması və təhlilini aparmaq;
- Büdcə və maliyyə proqnozlarının hazırlanması;
- Faktiki maliyyə göstəricilərinin planla müqayisəsini aparmaq;
- Maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
- Layihələr üzrə maliyyə göstəricilərini izləmək;
- Rəhbərliyə maliyyə planlaması üzrə hesabat və məlumatlar təqdim etmək.
Tələblər
- Maliyyə, iqtisadiyyat və ya müvafiq sahə üzrə ali təhsil;
- Maliyyə planlaması və büdcələşdirmə üzrə İş təcrübəsi: 3-5 il
- Excel proqramından yüksək səviyyədə istifadə bacarığı;
- Maliyyə hesabatlarını təhlil etmək bacarığı;
- Analitik düşünmə və güclü hesablama qabiliyyəti;
- Məsuliyyətli və diqqətli yanaşma;
- Komandada işləmək bacarığı.
CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.