F Fabrion
  • 287

Fabrion

Other

Satış və Müştəri Əlaqələri üzrə Koordinator (Karton Məhsulları)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satış və Müştəri Əlaqələri üzrə Koordinator (Karton Məhsulları)

  • Истекает 28 февраль 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Qeyd - Xanım namizədlərə üstünlük veriləcək

İşin təsviri

Ümumi müddəalar

  • Vəzifə satış şöbəsinin strukturuna daxildir.
  • İşçi direktorun əmri ilə vəzifəyə təyin olunur və vəzifədən azad edilir.
  • Birbaşa satış şöbəsinin rəhbərinə / kommersiya direktoruna tabedir.
  • Fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyini, şirkətin nizamnaməsini, daxili qaydalarını və bu vəzifə təlimatını rəhbər tutur.

Vəzifə kombinə olunmuş xarakter daşıyır:

  • iş vaxtının təxminən 50%-i ofis administrasiyası (CRM, sənədləşmə, zənglər, görüşlərin təşkili),
  • 50%-i isə aktiv satış fəaliyyəti (müştəri səfərləri və ofisdə görüşlər) ilə bağlıdır.

Vəzifənin məqsədi

  • Satış prosesinə keyfiyyətli inzibati dəstəyin göstərilməsi;
  • Karton məhsullarının mövcud və potensial müştərilərə təqdim edilməsi və satışı;
  • Müştəri bazasının və satış borusunun CRM sistemində aktual saxlanılması.

Vəzifə öhdəlikləri

Ofis administrasiyası

  • CRM sistemində müştəri məlumatlarının daxil edilməsi və mütəmadi yenilənməsi, zənglərin, görüşlərin və satış mərhələlərinin qeydiyyatı;
  • Kommersiya təkliflərinin, müqavilələrin, hesab-fakturaların və digər sənədlərin hazırlanması;
  • Müştərilərlə telefon əlaqələrinin qurulması, sifarişlərin təsdiqi, xatırlatmaların edilməsi və prosesin izlənməsi;
  • Görüş və danışıqların təşkili, vaxtların razılaşdırılması, nümunə və təqdimat materiallarının hazırlanması;
  • CRM və gündəlik fəaliyyət üzrə qısa hesabatların hazırlanması.

Satış və müştərilərlə iş

  • Müştərilərin ofisdə qəbulu, karton məhsullarının və əməkdaşlıq şərtlərinin təqdimatı;
  • Şirkət müştərilərinə səfərlərin həyata keçirilməsi;
  • Müştəri ehtiyaclarının müəyyən edilməsi, uyğun həllərin təklif olunması, qiymət və şərtlərin razılaşdırılması;
  • Sifarişlərin istehsalat və logistika ilə koordinasiyalı şəkildə, sifarişdən yüklənməyə qədər müşayiəti;
  • Müştəri rəylərinin toplanması və təkrar sifarişlərin stimullaşdırılması.

Hüquqları

  • Müəyyən olunmuş səlahiyyətlər çərçivəsində şirkəti müştərilər qarşısında təmsil etmək;
  • İşin icrası üçün rəhbərlikdən və həmkarlardan zəruri məlumat və materialları tələb etmək;
  • CRM, inzibati və satış proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər vermək;
  • Satış üçün lazım olan təqdimat materiallarını, nümunələri və digər vasitələri tələb etmək.

Məsuliyyət

  • Vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə və ya keyfiyyətsiz icrasına görə;
  • CRM məlumatlarının vaxtında və düzgün daxil edilməməsinə, sənədlərdə yol verilmiş səhvlərə görə;
  • Şirkətə və müştərilərə aid kommersiya və konfidensial məlumatların açıqlanmasına görə.

Tələblər

  • Xanım namizədlərə üstünlük verilir;
  • Rus dili vacibdir
  • Orta ixtisas və ya ali təhsil;
  • Satış və/və ya ofis administrasiyası sahəsində iş təcrübəsi arzuolunandır;
  • MS Office, e-mail və CRM proqramları ilə sərbəst işləmək bacarığı;
  • Səlis nitq, ünsiyyət bacarığı və müştəriyönümlülük;
  • Məsuliyyətlilik, səliqəlilik və komanda ilə işləmək bacarığı.

İş şəraiti

  • İş qrafiki: 5/2 və ya qarşılıqlı razılaşma əsasında;
  • Ödəniş sistemi: sabit maaş + nəticələrə bağlı bonus;
  • İş formatı: kombinə olunmuş (ofis işi və müştəri səfərləri);
  • İş yeri, CRM girişləri, təqdimat materialları və məhsul nümunələri şirkət tərəfindən təmin olunur.

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily0
  • Weekly602
  • Monthly0