Marketinq Komanda Rəhbəri (Senior Marketing Team Lead)

  • Истекает 17 август 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Facemark artıq 15 ildir ki, Azərbaycanın aparıcı biznes forumlarını, zirvələrini, konfranslarını və korporativ tədbirlərini həyata keçirir. Biz yalnız tədbir təşkil etmirik – ideyaları insanlarla, brendləri auditoriyalarla, biznesi isə gələcəklə birləşdiririk. Hazırda komandamıza marketinq strategiyasını qura və icrasına liderlik edəcək Marketinq Komanda Rəhbəri (Marketing Team Lead) axtarırıq.

Əsas vəzifələr

  • Şirkətin özünün illik və ona müvafiq olaraq rüblük marketinq aktivlikləri planını hazırlamaq və icrasının təşkili;
  • Marketinq komandasının gündəlik işini planlamaq, koordinasiya etmək və inkişaf etdirmək; 
  • Tapşırıqların idarə edilməsi üzrə nəzərdə tutulan proqram təminatı vasitəsilə ümumi tapşırıqların komanda üzvləri arasında bölüşdürülməsi və icrasına nəzarət, sistemli şəkildə komanda görüş və iclaslarının təşkili;
  • Şirkətin onun keçirdiyi tədbirlər üzrə ehtiyac olduğu təqdirdə aylıq və rüblük hesabatların hazırlanması, hesabat formalarının mütəmadi təkmilləşdirilməsi; 
  • Hər tədbir və layihə üçün marketinq planı hazırlamaq;
  • Rəqəmsal marketinq, sosial media, PR və kontent fəaliyyətlərini koordinasiya etmək;
  • Reklam büdcələrinin planlaşdırılması və effektiv idarə olunması. Hər tədbir üzrə və ümumi şirkətin reklam hədəflərini təyin etmək;
  • Şirkətin marketinq istiqaməti üzrə tərəfdaşları ilə daimi effektiv ünsiyyət və əməəkdaşlıqların inkişafı üzrə təkliflər hazırlamaq;
  • CRM və müştəri məmnuniyyəti üzrə tədbirlər planı, hədəflər təyin etmək və iştirakçılarla mütəmadi olaraq sorğuların təşkilinə nəzarət
  • Performans göstəricilərini (KPI) izləmək, analiz etmək və optimallaşdırmaq;
  • Dizayn, satış, layihə idarəetməsi və digər komandalarla sıx əməkdaşlıq etmək;
  • Yeni marketinq alətləri, texnologiyalar və AI həllərini tətbiq etmək;
  • Brendin bazardakı mövqeyinin gücləndirilməsi üçün yeni təşəbbüslər irəli sürmək, mütəmadi təkliflər hazırlamaq və komandanın bacarıqlarının inkişafı üzrə təkliflər vermək;

Axtardığımız namizəd

  • Marketinq sahəsində minimum 3 il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi;
  • Komanda idarəetməsi bacarığı;
  • Elastik iş qrafikinə uyğunlaşma və iş bitiricilik
  • Digital Marketing üzrə güclü bilik və praktiki təcrübə;
  • Marketinq strategiyasının hazırlanması və icrası üzrə təcrübə;
  • Analitik düşüncə və data əsaslı qərarvermə bacarığı;
  • Layihələrin eyni anda idarə olunması bacarığı;
  • Azərbaycan dilində mükəmməl, ingilis dilində isə işgüzar səviyyədə ünsiyyət bacarığı.

Sizə üstünlük qazandıracaq

  • Event marketinq təcrübəsi;
  • B2B marketinq sahəsində iş təcrübəsi;
  • AI alətləri ilə işləmə bacarığı;
  • CRM və Marketing Automation sistemləri ilə təcrübə.
  • Böyük şirkətlərlə tanışlıq və geniş networking imkanı
  • Şəxsi brendinqin sürətli inkişafı

Biz nə təklif edirik?

  • Azərbaycanın ən böyük biznes tədbirlərinin hazırlanmasında iştirak;
  • Güclü və yaradıcı komanda ilə işləmək imkanı;
  • Qərarvermədə real söz sahibi olmaq;
  • Davamlı peşəkar inkişaf və öyrənmə mühiti;
  • Maraqlı layihələr və yüksək məsuliyyət;
  • Performansa əsaslanan bonus sistemi;
  • Rahat ofis və pozitiv iş mühiti.

İş şərtləri

  • İş yeri: Bakı şəhəri (tam ştat, ofisdən iş)
  • İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
  • Tədbirlər və layihələrin icrası dövründə çevik iş qrafiki ilə işləməyə hazırlıq
  • Əməkhaqqı: 1000 Azn + (namizədin təcrübəsinə uyğun)
  • Əlavə motivasiya: KPI və performansa əsaslanan bonus sistemi
  • Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
  • Sınaq müddəti: 2 ay (sınaq müddətində əmək haqqı tam ödənilir)
  • Məzuniyyət və digər sosial təminatlar Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun təqdim edilir.

Mövzu hissəsində "Senior Marketing Team Lead" qeyd etməklə CV-nizi və (mövcuddursa) LinkedIn profilinizi və ya portfolionuzu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Yalnız ilkin seçim mərhələsini uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

  • Daily111
  • Weekly594
  • Monthly1658