İşin təsviri;
- Sosial media və reklam materiallarının dizaynının hazırlanmasına dəstək olmaq
- Hazırlanmış xüsusi dizayn konseptləri üzrə işlərin vahid stilistika üzrə davam etdirilməsi
- Yeni dizayn trendlərinin araşdırılması və tətbiqi üzrə təkliflər vermək
- Hazırlanmış dizaynların fərqli platformalar və ölçülər üzrə adaptasiyası
- Bu sahə üzrə mütəmadi öz üzərində işləmə və yenilikləri tətbiq etmə
İş şərtləri:
- Şəhərin mərkəzində rahat ofis
- Kompüter ilə təmin olunma
- Mehriban və kreativ komanda mühiti
- İş qrafiki: 09:00-18:00 (həftədə 5 gün)
- Təcrübəçinin yol və nahar xərcləri qarşılanır
- Təcrübə müddəti 3 aylıqdır, təcrübə müddətini uğurla başa vurmuş namizədlər işə alınacaqdır.
Namizədə tələblər:
- Qrafik dizayn sahəsinə maraq və öyrənmə istəyi
- Süni İntellekt alətlərindən məlumatlı olma və istifadə bacarığı
- Adobe Photoshop, Illustrator və digər dizayn proqramları ilə işləmək
- Yaradıcılıq və kreativ düşüncə tərzi
- Rəng və kompozisiya anlayışı
- Təşəbbüskar olma və verilən tapşırıqlar üzrə daim təkliflər vermə
Təcrübə proqramı Sizə nə qazandıracaq?
- Ölkənin iri miqyaslı biznes tədbirlərinin vizual konseptinin hazırlanmasında iştirak
- Portfolionuzun professional formalaşması
- Sektor üzrə geniş networking imkanı
- Professional komandadan davamlı öyrənmə və tətbiq imkanı
- Yeni ideyalara tam açıq olma və yeni ideyaların dəstəklənməsi
- Kreativ və visual konseptlərin hazırlanmasında professional dəstək
Müraciət üçün CV və portfolionuzu "Graphic Design Internship" başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.