İş şəraiti:
- İş yeri: Bakı şəhəri
- İş qrafiki: Tam ştat, bazar ertəsi-cümə, saat 09:00–18:00. Şənbə günü qısa iş günü, 09:00–13:00
- Əmək haqqı: Minimum 600 AZN
Vəzifələr:
- Anbara daxil olan məhsulları sənədlərlə yoxlayaraq qəbul etmək və yerləşdirmək.
- Müvafiq sənədlərlə məhsulları təhvil vermək.
- Fiziki olaraq yükləmə və boşaltma işlərində iştirak etmək.
- Müvafiq texnika və vasitələrlə təhlükəsiz işləmək.
- Məhsul sayımı və inventarizasiyada iştirak.
- Anbar sənədlərinin düzgün tərtibi və dövriyyəsinə dair bilik.
- Bəzən məhsulların ünvanlara çatdırılmasında sürücüyə yardım.
- Məhsulların düzgün saxlanmasına nəzarət etmək.
- Anbar təhlükəsizliyi qaydalarına əməl etmək.
- Anbarın təmizliyində iştirak etmək.
Namizədə tələblər:
- Fiziki güclü və məsuliyyətli olmaq.
- Yaş aralığı: 22–30.
- Sürücülük vəsiqəsi (B kateqoriyası) mütləqdir.
- Dəqiqlik, intizam və komandada işləmək bacarığı.
- Tibbi məhsullarla işləmə sahəsində təcrübə üstünlük sayılır.
- Orta və ya ali ixtisas.
Vəzifə məsuliyyəti:
- Məhsulların itki və zədələnməsinə görə məsuliyyət daşıyır.
- Sənədlərin düzgünlüyünə görə məsuliyyət daşıyır.
- Anbarın ümumi nizamına, təmizliyinə və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət edir və eyni zamanda məsuliyyət daşıyır.
Müraciət üçün:
Maraqlanan namizədlər cv-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Telefon: (012) 434-65-95 | 055 299 59 01 Elnur Rəhimov