Şirkətimiz ERP sistemlərinin inkişafı, optimallaşdırılması və texniki dəstəyini təmin edəcək 1C Developer axtarır. Namizəd 1C platformasında yeni funksionallıqların hazırlanması, mövcud modulların təkmilləşdirilməsi və sistem inteqrasiyalarının icrasında iştirak edəcək.
Vəzifə öhdəlikləri
- 1C sistemi üzrə yeni funksionallıqların hazırlanması və mövcud modulların təkmilləşdirilməsi;
- Biznes tələblərinin analiz olunması və texniki həllərin hazırlanması;
- 1C konfiqurasiyalarının hazırlanması, dəstəklənməsi və optimallaşdırılması;
- ERP sistemində yaranan texniki problemlərin araşdırılması və aradan qaldırılması;
- API və digər sistem inteqrasiyalarının hazırlanması və dəstəklənməsi;
- Sistem testlərinin aparılması və texniki sənədləşmənin hazırlanması;
- ERP sistemlərinin performans və təhlükəsizlik göstəricilərinə nəzarət;
- İstifadəçilərə texniki dəstəyin göstərilməsi və texniki məsləhətlərin verilməsi;
- Rəqəmsallaşdırma və avtomatlaşdırma layihələrində iştirak.
Tələblər
- İnformasiya texnologiyaları, proqramlaşdırma, informasiya sistemləri və ya digər uyğun sahə üzrə ali təhsil;
- 1C platforması üzrə minimum 2 il developer təcrübəsi;
- 1C:Enterprise 8.x platforması ilə işləmək üzrə dərin biliklər;
- 1C konfiqurasiyalarının hazırlanması və modifikasiya edilməsi üzrə təcrübə;
- API inteqrasiyaları və sistemlərarası məlumat mübadiləsi üzrə biliklər;
- Texniki sənədləşmə və sistem testləri üzrə təcrübə;
- Analitik düşüncə və texniki problemləri operativ həll etmə bacarığı;
- Azərbaycan dili sərbəst, rus və ingilis dili biliyi üstünlükdür;
- Komanda ilə işləmək və layihələri koordinasiya etmək bacarığı.
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
- Könüllü tibbi sığorta
- İşçinin inkişafı üçün təlim, tədris proqramları
- Rəqabətli əmək haqqı və bonus sistemi
- Şəhər mərkəzində ofis
- Korporativ tədbirlər
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.