Daşınmaz əmlakın monitorinqi üzrə mütəxəssis

  • Истекает 7 июнь 2025

Təsvir

  • İdarə olunan yaşayış və kommersiya obyektlərinə dövri texniki baxışların keçirilməsi;
  • Mühəndis sistemlərinin ümumi texniki vəziyyətinin yerində qiymətləndirilməsi;
  • Aşkar edilən uyğunsuzluqların və potensial risklərin sənədləşdirilməsi;
  • Fotoşəkillər və texniki qeydlərlə dəstəklənmiş detallı hesabatların hazırlanması;
  • Müvafiq sahə üzrə mövcud standartlara və normativlərə uyğunluğun yoxlanılması;
  • İllik plana uyğun olaraq yoxlamaların keçirilməsi və nəticələrin rəhbərliyə təqdim olunması, təkliflərin verilməsi;
  • İş prosesində təhlükəsizlik norma və standartlarına tam riayət olunması.

Tələblər

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
  • Texniki sistemləri vizual və funksional olaraq qiymətləndirmək bacarığı;
  • Analitik düşüncə və müşahidə qabiliyyəti;
  • Yüksək məsuliyyət hissi, dəqiqlik və detallara diqqət;
  • Yaxşı səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı.

Nə təklif edirik?

  • Bazar rəqabətinə uyğun əmək haqqı;
  • Könüllü tibbi siğorta;
  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
  • Peşəkar komanda ilə işləmək fürsəti;
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları. 

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily147
  • Weekly642
  • Monthly2166