Facility Management Group Facility Management Group
  • 176

Daşınmaz əmlakın satışı üzrə mütəxəssis (Naxçıvan şəhəri)

Daşınmaz əmlakın satışı üzrə mütəxəssis (Naxçıvan şəhəri)

  • Deadline 4 April 2026

Şirkətimiz premium seqment üzrə daşınmaz əmlakların satışını həyata keçirəcək satış mütəxəssisi axtarır. Namizəd müştərilərin ehtiyaclarını müəyyən edəcək, uyğun obyektləri təqdim edəcək və satış prosesini tam şəkildə idarə edəcək. Əsas məqsəd müştəri məmnuniyyətini təmin etmək və satış hədəflərinə nail olmaqdır.

Vəzifə öhdəlikləri

  • Premium yaşayış mənzillərinin və digər daşınmaz əmlak obyektlərinin təqdimatı və satışı;
  • Müştərilərlə güclü əlaqələrin qurulması və onların daşınmaz əmlak ehtiyaclarının müəyyən edilməsi;
  • Satış prosesinin tam idarə olunması (görüşlər, baxışlar, danışıqlar, müqavilə mərhələsi);
  • Satış sənədlərinin hazırlanması və prosedurların icrasına nəzarət;
  • Müştəri bazasının genişləndirilməsi və bazar araşdırmasının aparılması.

Tələblər:

  • İqtisadiyyat, Biznesin idarə edilməsi, Kommersiya, Marketinq və ya digər uyğun sahələr üzrə ali təhsil;
  • Daşınmaz əmlak satışı və ya premium müştərilərlə iş sahəsində minimum 2 il təcrübə;
  • Müştərilərlə etibarlı münasibət qurmaq və yüksək ünsiyyət bacarığı;
  • Azərbaycan dilini səlis bilmək ( rus və ingilis dillərini bilməsi arzu olunandır);
  • CRM sistemləri və MS Office proqramları ilə işləmək bacarığı;
  • Satış hədəfləri ilə işləmək və nəticəyönümlü olmaq.

Qeyd: İş yeri Naxçıvan şəhərində yerləşir.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly565
  • Monthly568