Təsvir
- Şirkət siyasətinin hazırlanması, tətbiqi və icrasına nəzarət edilməsi;
- Biznes proseslərinin müəyyənləşdirilməsi, daxili normativ və tənzimləyici sənədlərin monitorinqi, optimallaşdırılması və yenilərinin hazırlanması prosesinin koordinasiyası;
- ISO və digər sahəvi standartların şirkət daxilində tətbiqi prosesinin təşkili və idarə edilməsi;
- Müxtəlif komplayns risklərinin müəyyənləşdirilməsi, təhlili və idarə olunması üzrə təkliflərin hazırlanması;
- Qanunvericilikdə və qrup tələblərində baş verən dəyişikliklərin izlənilməsi, bu dəyişikliklərin biznes proseslərinə təsirinin təhlili və uyğun tədbirlərin görülməsi üzrə tövsiyələrin verilməsi;
- Risk qiymətləndirmələri, monitorinq nəticələri və digər komplayns fəaliyyətləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Komplayns funksiyalarının icrası zamanı bütün struktur bölmələri ilə koordinasiyalı əməkdaşlığın təmin edilməsi və zəruri məlumatlandırmanın aparılması.
- Davamlı Təkmilləşdirmə: Sinerjilərin müəyyən edilməsi, proseslərin optimallaşdırılması və ümumi performansın artırılması.
Tələblər
- İqtisadiyyat, hüquq, biznesin idarə edilməsi, audit və ya əlaqəli sahələr üzrə ali təhsil;
- Daxili audit, keyfiyyətin təminatı və risklərin idarə edilməsi və ya komplayns sahəsində minimum 4 il iş təcrübəsi;
- Microsoft Office (Word, Excel, PowerPoint) proqramları üzrə yüksək səviyyədə işləmək bacarığı;
- Dil bilikləri: İngilis dilində yazılı və şifahi ünsiyyət bacarığı,rus dilləri üstünlükdür;
- ISO standartları üzrə bilik və praktiki təcrübə üstünlük hesab olunur;
- Yüksək ünsiyyət və təqdimat bacarıqları;
- Təşəbbüskar, problem həllinə yönəlik və analitik düşüncə tərzi;
- Araşdırma aparmaq və nəticə çıxarma bacarığı;
- Komanda işi və nəticəyə fokuslanmış yanaşma.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
İmtiyazlar
- "Dəyərlisən” PASHA loyality proqramına üzvlük.
- Performansdan aslı olaraq bonuslar
- Könüllü tibbi sığorta
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.