İstedadların idarə edilməsi üzrə Mütəxəssis / Aparıcı mütəxəssis

  • Истекает 19 июнь 2026

Şirkətimiz əməkdaşların öyrənmə və inkişaf proseslərini təşkil edəcək İstedadların idarə edilməsi üzrə Mütəxəssis / Aparıcı mütəxəssis axtarır. Namizəd əməkdaşların inkişafına dəstək olacaq, inkişaf planlarının həyata keçirilməsi, inkişaf proqramlarının tərtibinə və İR layihələrinin həyata keçirilməsində iştirak edəcək.

Vəzifə öhdəlikləri

  • Əməkdaşların öyrənmə və inkişaf ehtiyaclarının müəyyən olunması;
  • Müxtəlif mövzularda korporativ və fərdi təlimlərin təşkil edilməsi;
  • Təlim proqramlarının və planlarının, o cümlədən liderlik inkişaf proqramlarının tərtib edilməsi;
  • Təlim nəticələrinin qiymətləndirilməsi və hesabatların hazırlanması;
  • İR siyasət və prosedurlarının tətbiqinə dəstək göstərilməsi;

Tələblər

  • İnsan resursları, idarəetmə və ya uyğun sahə üzrə ali təhsil;
  • Öyrənmə və inkişaf və ya İR sahəsində minimum 1-2 il iş təcrübəsi;
  • Güclü ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
  • Microsoft Office proqramlarında işləmək bacarığı;
  • Məsuliyyətli və nəticəyönümlü yanaşma;
  • Azərbaycan dilində mükəmməl şifahi və yazılı bacarıqlar.

Vakansiya növü - Tam ştat

İmtiyazlar

  • “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük
  • Könüllü tibbi sığorta
  • İşçinin inkişafı üçün təlim, tədris proqramları
  • Rəqabətli əmək haqqı və bonus sistemi
  • Şəhər mərkəzində ofis
  • Korporativ tədbirlər

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily105
  • Weekly410
  • Monthly1794